Rusiya ordusu üçün Qarabağ dərsləri: Qafqaz dağlarında PUA-lara qarşı seriya təlimlər... - Zenit-Raket kompleksləri işə yaramır

03 noyabr, 2021 13:35

Rusiya Müdafiə Nazirliyi Qafqaz dağlarında və Krımda hava hücumundan müdafiə sistemlərinin dağlıq şəraitdə pilotsuz uçan aparatlara qarşı imkanlarını öyrənmək və sınaqdan keçirmək üçün seriya hərbi təlimlər keçirib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda “İzvestiya” bildirir.

Qəzet yazır ki, Qarabağdakı 44 günlük müharibə dağlıq şəraitdə gedən döyüş əməliyyatları zamanı dronların xüsusilə təhlükəli olduğunu göstərib: relyefə görə onları aşkarlamaq və vurmaq çox çətin olur. Ona görə də təlimlərdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinə PUA-larla kütləvi hücum edilib və onların radioelektron mübarizə vasitələri, zenit-raket kompleksləri ilə sıradan çıxarılması imkanları öyrənilib. Ekspertlər isə deyirlər ki, dağlıq şəraitdə ancaq bütün bölmələrin uzlaşdırılmış fəaliyyəti ilə dronlara qarşı mübarizə aparmaq olar.

Rusiya Müdafiə Nazirliyi belə təlimlərin keçirildiyini elan etməyib, amma qəzet nazirlikdəki mənbələrdən öyrənib ki, Krımda və Qafqaz dağlarında keçirilən təlimlər zamanı Hava Hücumundan Müdafiə və radioelektron mübarizə bölmələri PUA-ların hücumlarına qarşı yeni taktikanı sınaqdan keçiriblər. Təlimlər döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə keçirilib, bu zamanlar dronlara təpəliklərin arxasında və ya dərələrdə gizlənərək hədəflərə yaxınlaşmasına imkan yaradılıb. Mənbələr təlimlərin nəticələrinin “uğurlu olduğunu” bildiriblər.

Qaraçay-Çərkəz muxtar respublikasında, Kobu-Başi poliqonunda keçirilən belə təlimlərdən birində Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun dağ motoatıcı bölmələri şərti düşmənin dron hücumunun dəf edilməsini məşq ediblər. Bu zaman “Tunquska-M1” zenit-pulemyot kompleksindən və “Strela-10” zenit-raket kompleksindən, “Jitel” radioelektron mübarizə kompleksindən istifadə edilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hərbi sənaye kompleksinin və Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə PUA-larla bağlı xüsusi müşavirə keçirmişdi.

Hərbi ekspert Viktor Muraxovski “İzvestiya” qəzetinə deyib ki, dağlarda ən sadə zərbə dronları belə bir sıra üstünlüklər əldə edir və radarlar, optik vasitələr onları dağların arxasından görə bilmir. Nəticədə dronlar göməz hücum, o cümlədən hava hücumundan müdafiə sisteminə hücum üçün yaxşı şans qazanır, müdafiə olunan tərəfin cavab reaksiyası üçün vaxtı az olur. Ona görə də dronlara qarşı mübarizədə həm uzaqmənzilli radarlara malik təyyarələr, həm yerüstü qüvvələr tətbiq edilməlidir. Yerüstü radarları təpələrin üstündə, effektiv şəkildə yerləşdirmək lazımdır. Habelə yüksəkliklərdə döyüşçüləri yerləşdirməklə binoklların köməyi ilə vizual müşahidə aparılmalıdır. Hətta snayperlər də bu mübarizəyə cəlb olunmalıdır.

Ekspert deyib ki, Qaraçay-Çərkəzdə keçirilən təlimlərdə məhz belə dəstə formalaşdırılıb.

Qəzet yazır ki, ötən il Qarabağdakı döyüş əməliyyatları dronların Rusiya üçün də necə təhlükəli ola biləcəyini göstərdi. Həmin müharibədə Azərbaycan “Bayraktar TB2” zərbə PUA-larından, İsrail istehsalı olan müxtəlif kamikadze-dronlardan, hətta Türkiyənin istehsalı olan kiçik “Kargu-2” kamikadze-kvadrokopterlərindən istifadə edib. Dronların köməyi ilə düşmənin zirehli texnikası, artilleriyası və hava hücumundan müdafiə vasitələri məhv edilib. Ona görə də Rusiyanın hava hücumundan müdafiə sistemi təkmilləşdirilir, bu yaxınlarda keçirilən “Qərb-2021” təlimlərində hava hücumundan müdafiənin yeni idarəetmə sistemi tətbiq edilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"