Vaşinqton Cənubi Qafqazda Rusiyanı sıxışdıra biləcəkmi? - Rusiya və Türkiyə eyni mövqedən çıxış edir...

03 noyabr, 2021 19:49

ABŞ Dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olsonun bölgəyə səfəri Ermənistandan başlayıb. Amerikalı diplomat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bölgədə təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparıb, Qarabağdakı humanitar vəziyyəti müzakirə edib.

Amerikalı diplomat Ermənistana səfəri çərçivəsində ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçirəcək. İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, amerikalı həmsədr Endryu Şofer və USAİD-ın Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovski də qatılacaqlar. Bundan sonra Erika Olson Azərbaycana və Gürcüstana səfər edəcək.

Sual olunur: Əgər amerikalı diplomat Gürcüstana və Azərbaycana da səfər edəcəksə, bu ölkələrdəki səfirləri niyə İrəvana çağırıb? Axı onlarla Tbilisidə və Bakıda ayrılıqda görüşərək fikir mübadiləsi aparmaq imkanı olacaq. Bu nə mövzu və ya mövzulardır ki, onları məhz İrəvanda birgə müzakirəyə ehtiyac var? Adətən amerikalı diplomatlar mərkəz kimi Tbilisidən istifadə edərdilər. İndi isə İrəvanı seçiblər.

Görüşdə amerikalı həmsədr Endryu Şoferin iştirakı da maraqlıdır. Görünür, Dövlət Departamenti bununla demək istəyir ki, Vaşinqton Minsk Qrupunun yenidən fəaliyyətə başlamasında maraqlıdır. Ermənistan da bunu istəyir. Minsk Qrupu danışıqlara yenilik gətirməyəcəksə, rəsmi Bakı bu fəaliyyətdə maraqlı olmayacaq. İşğaldan əvvəl Ermənistan danışıqları uzadır və Minsk Qrupunun fəaliyyəti nəticə vermirdi. İndi isə əksinə, həmsədrlərin fəaliyyətində maraqlı olan Ermənistan danışıqları canlandırmağa çalışır. Bu dəfə isə Azərbaycana bu gərəkli deyil.

Amerikalı diplomatların İrəvanda toplaşmasının Dövlət Departamenti üçün simvolik əhəmiyyəti var. Bununla Vaşinqton Moskvaya mesaj göndərir ki, Ermənistan Rusiyadan asılı dövlət olsa da, ABŞ bu asılılığı zəiflətmək üçün əlindəki imkanlarından yararlanmaqda davam edəcək. Təsadüfi deyil ki, vaxtilə ABŞ keçmiş SSRİ məkanında həm miqyasına, həm də işçi heyətinə görə ən böyük səfirliyini Ermənistanda təsis edib.

Buna baxmayaraq, ABŞ-ın Cənubi Qafqazdakı və Ermənistandakı mövqeləri İkinci Qarabağ müharibəsindən sonra daha da zəifləyib. Bölgəyə təsir edəcək iki ölkə - Rusiya və Türkiyə var. Vaşinqtonun üçüncü oyunçu olmaq cəhdləri nəticə verməyəcək. Çünki Vaşinqtonla münasibətlərində gərginlikləri olan Moskva və Ankara Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə imkan verməyəcəklər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"