İsrail raketlərə qarşı hava şarları yerləşdirir - "Times of Israel" nəşri

03 noyabr, 2021 23:42

İsrail Hərbi Hava Qüvvələri, xüsusilə ölkənin şimalında hava hücumundan müdafiəsini təkmilləşdirmək üçün hava şarlarından istifadə edəcək.

Bu barədə “Times of Israel” nəşri yazıb.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, “Sky Dew” adlı sistem yaxınlaşan uzaqmənzilli raketləri aşkar etmək üçün nəzərdə tutulub.

Artıq İsraildə gözlənilən təhlükələri aşkar etmək üçün bir sıra radar sistemləri mövcuddur, lakin yeni şar yüksək hündürlüklərdə mövcud imkanları artırmaq və təkmilləşdirmək üçün nəzərdə tutulub.