"Ermənistan rəhbərliyinin bunu başa düşməsi üçün 7 min əsgərin ölümü, 44 gün vaxt lazım oldu..."

04 noyabr, 2021 13:28

“Hazırda biz azad edilmiş əraziləri bərpa edirik, artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir”.

Bunu prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən deyib.

“Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan çox soydaşımızı, keçmiş qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, tez və ya gec ədalət Zəfər çalacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı bildirib ki, əvvəlki illər ərzində Ermənistan rəhbərliyi, sadəcə, guya münaqişəni ATƏT-in Minsk Qrupu daxilində həll etmək istədiyini göstərirdi:

- Son bir neçə il ərzində erməni rəhbərliyi artıq açıq şəkildə bəyan edirdi ki, onlar hər hansı işğal edilmiş ərazilərin santimetrini qaytarmayacaqlar. Bunu demək kifayət idi. Ermənistanın hazırkı Baş naziri bir bəyanatla çıxış etdi, o bunu Azərbaycanın işğal edilmiş ərazilərində iki il öncə söylədi. Qeyd etdi ki, “Qarabağ Ermənistandır”. Bu da, əslində, danışıqların sonu demək idi. İlk olaraq bu, çox ziddiyyətli və yalan bəyanat idi. Çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir, onu dünyada heç bir dövlət, o cümlədən Ermənistanın özü tanımayıb. Digər tərəfdən, onlar deyirdilər “Qarabağ Ermənistandır”. Bu ziddiyyət, əslində, Ermənistanın ziddiyyətli siyasətini üzə çıxartdı. Bu, onların ötənilki acı məğlubiyyəti ilə nəticələndi. Bu, o demək idi ki, onlar hər hansı danışıqlara son qoydular. ATƏT-in Minsk Qrupunun həmsədrləri mənim fikrimcə, həmçinin, təəccüblənib çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki onlar bilmirdilər ki, bu bəyanatdan sonra nə etsinlər. Həmçinin, Ermənistanın müdafiə naziri də bəyanat verdi və açıq şəkildə Azərbaycana hədə gəldi. Qeyd etdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Yəni, bu, Azərbaycanın daha çox ərazilərini zəbt etmək üçün bir hədə idi. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri sükutu saxladılar. Yəni, hər hansı bir pisləmə bəyanatı olmadı və heç bir mesaj da verilmədi ki, belə bəyanat qəbuledilməzdir. Bir sıra digər bəyanatlar, addımlar, Ermənistan rəhbərliyinin atdığı addımların məqsədi Azərbaycanı təxribata sürükləməkdən ibarət idi. Məsələn, “inauqurasiya”, “özünü bəyan etmiş hər hansı separatçı qurumun Şuşada açılmasının mərasiminin keçirilməsi” Azərbaycana qarşı təhqir idi. Hətta separatçı “parlament”in Xankəndidən Şuşaya köçürülməsi də azərbaycanlıların hisslərinə olan təhqir idi. Onlar anlamalıydılar ki, Azərbaycanın, bizim xalqımızın hissləri ilə oynaya bilməz və təhqir edə bilməzlər. Hər bir səbrin hüdudları var.

2020-ci ildə iyul ayında isə sərhəddə növbəti bir təxribata əl atdılar, bizim mülki və hərbi şəxsləri qətlə yetirdilər.

 Sonra təxribat qrupunu terror aktını törətmək üçün göndərmişdilər. Daha sonra sentyabr ayında Azərbaycanın dinc şəhərlərini, yaşayış məntəqələrini atəşə tutdular, bundan sonra isə böyük addım atıldı və Vətən müharibəsi başlanıldı. Biz onları məğlub etdik. Ermənistan tələbləri qəbul etməyə məcbur edildi. Mən həmin vaxt bəyan etdim ki, biz o vaxt dayanacağıq ki, Ermənistan Baş naziri bizə işğal olunmuş ərazilərdən çıxmaq cədvəlini verəcək. 7000 əsgərin ölümü və 44 günün keçməsi tələb etdi ki, Ermənistan rəhbərliyi bunu başa düşsün. Bu, böhranla nəticələndi, 9 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Bu bizə, həmçinin, qalan işğal olunmuş ərazilərdən çıxmaq cədvəlinin verilməsi ilə nəticələndi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"