Bu artilleriya sistemləri yalnız Azərbaycanda var?

04 noyabr, 2021 23:10

Azərbaycan Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən II Qarabağ Müharibəsində bir çox xarici ölkələrin istehsal etdiyi silahları tətbiq etdi.

Türkiyə və İsrail istehsalı olan pilotsuz uçan aparatları, artilleriya sistemləri və s. ilə yanaşı, Ordumuzun arsenalında Rusiyadan əldə olunan hərbi texnika və döyüş vasitələri də çoxluq təşkil edirdi.

"Azsiyaset" modern.az-a istinadla xəbər verir ki, onlar arasında diqqət çəkən silahlardan biri 120 mm-lik özüyeriyən artilleriya və minaatan 2S31 "Vena" sistemi sayılır. İnkişaf etmiş rəqəmsal tuşlama və atəş sisteminə malik olan "Vena" artilleriya sistemləri 120 mm kalibrə malik istənilən artilleriya mərmisi ilə 7 kilometrə qədər məsafədə istənilən hədəfi məhv etmək qabiliyyətinə malikdir.

Döyüş sursatı 70 komplektdən ibarət olan "Vena" 1 dəqiqəyə döyüş hazırlığına gətirilə bilir. Bu zaman onun dəqiqədə atəş tezliyi 8-10 mərmiyə çatır. Bu isə qurğuya qısa zamanda düşmən hədəflərini məhv edərək döyüş meydanı tərk etməyə imkan verir. "Vena" qurğusunun BMP-3 bazasında yaradılması onun mobilliyi də artırır.

Məhz bu özəlliklərinə görə, "Vena" artilleriya sistemləri yüksək qiymətə malik olub. Azərbaycan Perm şəhərində yerləşən Motovikixinski zavodunun 90-cı illərdə layihələndirdiyi qurğunun ilk partiyasını 2013-cü ildə əldə edib.

Ümumilikdə, Azərbaycan Ordusu 18 2S31 "Vena" 120 mm-lik özüyeriyən artilleriya və minaatan qurğusuna malikdir. Dağlıq şəraitdə hədəfi yüksək dəqiqliklə məhv edən sistemlər 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağda hərbi əməliyyatlar zamanı da uğurla tətbiq olunub.

Maraqlıdır ki, Rusiya Ordusunun artilleriya və raket qoşunları "Vena"dan imtina edib. ilk nümunələri hələ 2020-cu ildə orduya verilsə də, Rusiya tərəfi hələ də köhnəlmiş "Nona-S" və Akasiya" özüyeriyən artilleriya və minaatan qurğusundan istifadə edir.

Beləliklə, Azərbaycan Ordusu "Vena" artilleriya sistemlərinə malik yeganə ölkə sayılır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"