"Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi mövcuddur, lakin bu ..." - Robert Sekuta

06 noyabr, 2021 12:29

"Ötən il Azərbaycanda baş verən hadisələr bütün dinamikanı dəyişdirdi. Bu dəyişiklik Azərbaycanın yenidən əzəli torpaqlarında nəzarətini bərpa etdi və regionda söz sahibinə çevirdi".

Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Qlobal Bakı Forumunda deyib. O qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi mövcuddur, lakin bu sülh müqaviləsi deyil:

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Açıq toqquşmalar baş verəndə düşündük ki, bu heç vaxt ola bilməzdi. Amma bu situasiya ona dəlalət etdi ki, iki ölkə arasında müharibə hər məqamda  baş verə bilərdi. Biz sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik. Amma burada öz maraqlarımızı da nəzərə almalıyıq. 30 ildir davam edən düşmənlik Azərbaycan və Ermənistan xalqına daha çox təsir edib. Əvvəllər azərbaycanlılar və ermənilər qarışıq nikaha girirdilər. Amma indi gənc nəsil arasında belə bir ənənə yoxdur. Yaddaşda yalnız düşmənlik var. Beləliklə də sülhün bərpa olunması üçün iki ölkə rəhbərindən müəyyən zaman lazım gələcək".

Robert Sekuta qeyd edib ki, Ermənistan öz işğlaçı siyasətinə son qoymalıdır:

"Sülh müqaviləsi Ermənistana fayda gətirəcək. Ermənistan bazarı kiçikdir və onun iqtisadi inkişafı digər qonşu ölkələrdən aslıdır. Əgər qonşu ölkələrlə münasibətləri düzəltməsə, bu onun özünə ziyan vuracaq.Belə başa düşürük ki, münasibətlərin bərpa edilməsində  xalq ölkəyə dəstək çıxmayacaq. Burada oturanların hamısı Azərbaycan və Ermənistan arasında körpü yaratmağın yollarını axtarmalıdır. Düşünürəm ki, ötən ilin noyabrında imzalanan bəyannamə qüvvədə qalsın və bu barədə danışıqlar aparılsın, iqtisadi əməkdaşlıq daha çox inkişaf etsin. Bu çox vacibdir. Biz bu prosesə köməklik göstərə bilərik. Düşünürük ki, ABŞ şirkətləri bu layihələrdə iştirak edə bilər".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"