ABŞ Türkiyə sərhədinə ordu yeridir - SƏBƏB...

09 noyabr, 2021 09:32

ABŞ bir neçə həftəyə Yunanıstanın Evros (Dədəağac) bölgəsinə min hərbi texnika və 120 yeni hücum helikopteri yerləşdirəcək.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, regiona gələcək 3 min amerikalı hərbçini Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros şəxsən özü qarşılayacaq. ABŞ-ın Yunanıstandakı səfiri Cefri Pyatt tarixin ən böyük təchizatının Evros bölgəsinə həyata keçiriləcəyini bildirib:

“Hərbçilərin və texnikanın bir qismi Qərbi Frakiyada qalacaq, bir qismi də Rumıniya və Bolqarıstana göndəriləcək”.