Moskva bəyan etdi - Əliyevlə Paşinyan arasında görüş olmayacaq

09 noyabr, 2021 15:28

Qarabağla bağlı Üçtərəfli Bəyanatın imzalanmasının ildönümündə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın təmasları planlaşdırılmır. Bu barədə Rusiya prezidenin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavab verərkən deyib.

"Bakı və İrəvanla əlaqəyə gəlincə, bu, Moskva tərəfindəm müxtəlif səviyyələrdə və müstəsna olaraq müntəzəm şəkildə. Üçünün ünsiyyətinə gəlincə, əgər belə bir razılaşma nə vaxtsa əldə olunarsa, sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur.", - Peskov bildirib.