Şuşa ətrafında nə baş verir? - Rusiya Müdafiə Nazirliyindən açıqlama

10 noyabr, 2021 07:33

Rusiya Müdafiə Nazirliyi noyabrın 8-də Şuşa yaxınlığında baş vermiş insidentlə bağlı məlumat yayıb.

“Noyabrın 8-də, yerli vaxtla saat 13:40-da Şuşa rayonunda Dağlıq Qarabağın 4 nəfərdən ibarət bir qrup işçisi Azərbaycan tərəfindən atəşə tutulub, nəticədə üç nəfər yaralanıb, bir nəfər öldürülüb. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Azərbaycan və Erməni tərəfləri ilə birlikdə insidenti araşdırır”.

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, Kəlbəcər rayonu istiqamətində mühəndis texnikaları atəşə tutulub. Nazirliyin açıqlamasına görə, noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub:

“Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur”.

Azərbaycan Müdafiə Nazirliyinin bu açıqlamasına, hələlik, Ermənistan tərfinin münasibəti bəlli deyil. Azərbaycan XİN Şuşa yaxınlığındakı insidenti təxribat sayır.

Ermənistan Azərbaycan tərəfin açdığı atəşdən yaralanmış üç vətəndaşının vəziyyətinin orta ağır olduğunu deyir. Bu haqda özünü Dağlıq Qarabağın “ombudsmanı” kimi təqdim edən Geqam Stepanyan məlumat yayıb. O, 22 yaşlı bir vətəndaşın isə həlak olduğunu deyib.

Erməni tərəfin iddiasına görə noyabrın 8-də Şuşa şəhəri yaxınlığındakı yolayrıcında su xəttinin təmir edən mülki şəxslərə atəş açılıb.

Azərbaycan XİN-nin informasiya idarəsinin rəhbəri Leyla Abdullayeva isə qeyd edir ki, "Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur". Onun sözlərinə görə, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. “Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur”, – Abdullayeva vurğulayıb.

O, həmin tarixdə Şuşada Azərbaycan Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə tədbir keçirilirdiyini, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüldüyünü sözlərinə əlavə edib. “Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır”, – şərhdə vurğulanır.

Azərbaycan Ermənistanı 10 noyabr atəşkəs bəyanatının birinci ildönümü ərəfəsində Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaqda, üçtərəfli bəyanatın müddəalarının pozmaqda ittiham edir. Noyabrın 7-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini gözdən salmaqda suçlayıb. O, Qarabağda atəşkəs rejiminə tam əməl olunmadığını deyirdi.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"