Azərbaycan Gorus-Qafan yolunda gömrük məntəqəsi qurur?
10 noyabr, 2021 22:39
Azərbaycan Ermənistana bu gün gecə saat 12-dən etibarən Gorus-Qafan yolunda sərhəd-gömrük nəzarəti funksiyasını yerinə yetirəcəyini, yəni gömrük-keçid məntəqələri quraşdıracağını bildirib.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində məlumat verib.
O qeyd edib ki, Ermənistan tərəfi müvafiq addımlar atacaq, yolun həmin hissəsində gömrük-sərhəd keçid məntəqələri yaradacaq.
Xatırladaq ki, ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan sovet dövrünün sərhədlərinə əsasən, Gorus-Qafan magistralının ərazisindən keçən 21 kilometrlik hissəsinə nəzarətini bərpa edib.
Yolun bu hissəsində Azərbaycanın müvafiq orqanları ölkəyə daxil olan yük maşınlarından rüsum tələb etməyə başlayıb.