Deputatlar ruslardan narahat deyil - "Büstlərinin qarşısında heykəllər qoyacağıq"

11 noyabr, 2021 16:55

Xəbər verdiiymiz kimi, Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb.

Layihədə silsilə xiyabanlar salınması nəzərdə tutulur.

Bəs sual olunur: sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə bu abidə və büstlərin qoyulması, xiyabanların salınması nələrdən xəbər verir?

Məsələ ilə bağlı millət vəkili Aqil Abbas Bakupost.az-a bildirib ki, bu, sülhməramlıların təxribatıdır:

Orada sadəcə 5 il qalmaq üçün sənədlər imzalanıb. Həmin tarix bitəndən sonra gedəcəklər. Qaldı ki, orada olan büstlərin qoyulmasına, biz büst, abidə dağıtmağı xoşlamırıq. Həmin abidələrin önündə onlardan da gözəl, yəni bəstəkarlarımızın, alimlərimizin, şəhidlərimizin, milli qəhrəmanlarımızın abidələrini də biz orada qoyacağıq. Bu məsələ bir az sülhməramlılarının elədiyi təxribatdır. Amma sülhməramlılar gəldikləri kimi də gedəcəklər. Biz Şuşaya Azərbaycan bayrağını sancmışıqsa, deməli, hər yerdə bayrağımız dalğalanacaq. Cənab Prezident əli ilə Xankəndini göstərib dedi ki, ora da bayraq sancacağıq. Eyni zamanda Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov bir maşın medal gətirib. Muradovun orada nə işi var? Millətimiz belə şeyə görə narahat olmasın. Onlar cavablarını alacaqlar”.

Millət vəkili Fazil Mustafa bildirib ki, büstlərin qoyulmasının hər hansı bir şəkildə Azərbaycana təhdid yaradan tərəfi yoxdur:

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Rusiya tarixi və mədəniyyətinin görkəmli simalarına büst qoyulması, mədəni komponentləri qabardılması, əslində, bu prosesi ümumi mədəni tədbirlər istiqamətində apardıqlarını göstərir.

Çünki orada olan yazarlar, düşüncə adamları yaxud da sərkərdələrlə bağlı Azərbaycanda problemli məsələ yoxdur. Bizdə də Puşkin adına müəyyən yerlər, orada nəzərdə tutulan şəxslərin müəyyən bir hissəsinin abidəsi var. Yəni, sovet dövründən qalan miras olaraq büstləri qoyulub. Rusiya ədəbiyyatının nəhəngləri olduğuna görə hər hansı bir problem bizdə yaranmır”.

Millət vəkili vurğulayıb ki, ümumilikdə bu, məsələnin Azərbaycanın razılığı alınmadan edilməsi yanlış bir addımdır:

"Bu kimi məsələləri mütləq Azərbaycanla məsləhətləşib etməlidirlər. Təbii ki, Azərbaycan buna müəyyən dərəcədə icazə verəcək. Çünki söyədiyim kimi Rusiya hərbi birliklərinin burada sülhməramlı funksiyasından başqa bir funksiyası yoxdur və ola da bilməz. Əgər bunun başqa niyyətlərlə edilməsi aydın olarsa, o zaman Azərbaycan tərəfi bu məsələdə öz mövqeyini bildirəcək. İndiki vəziyyətdə hələ ki, sülhməramlılar burada fəaliyyət göstərirlərsə, hər hansı bir şəkildə bu məsələdə bir narahatçılıq üçün əsas yoxdur. Əgər orada bir erməni abidəsi, Azərbaycana qarşı müəyyən bir mesajlar verilməsi düşünülərsə, o zaman Azərbaycan öz sərt mövqeyini bildirəcək və bunun aradan qaldırılmasına çalışacaqdır. Eyni zamanda bu ərazidə Rusiya sülhməramlılarının Azərbaycanla razılaşmadan hansısa bir addımlar atmağına da imkan verməməliyik. Çünki onların mandatı Azərbaycandan asılıdır. Rusiya sülhməramlıları Azərbaycanda bu kimi fəaliyyətləri genişləndirsələr, onların bölgədə yerləşməsi ilə bağlı məsələdə Azərbaycan özünün sərt mövqeyini ifadə edəcək. Amma indiki vəziyyətdə buna əsas və lüzum yoxdur”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"