İlham Əliyev Türkiyəyə getdi - FOTOLAR

12 noyabr, 2021 00:18

Prezident İlham Əliyev noyabrın 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gedib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.