"Tamamilə yalandır… Mən Leyla Əliyeva haqqında heç nə bilmirəm" - Uzi Arad

12 noyabr, 2021 10:41

Müəllif: Valeri Kantor, Təl-Əviv

Oktyabrın 31-də guya ki, İsrailin Jerusalem Post  nəşrinin baş siyasi şərhçisi və analitiki olan Qil Hoffmana məxsus saytlardan birində Mossadın keçmiş əməkdaşı və İsrailin baş nazirinin milli təhlükəsizlik üzrə məsləhətçisi olmuş (2009-2011-ci illərdə) Uzi Aradla “müsahibə” dərc edilib. 

Əgər Ermənistan və İran KİV-ləri Mossadın keçmiş əməkdaşının “açıqlamaları”nı tirajlamasaydı, müsahibə ümumiyyətlə diqqəti cəlb etməyəcəkdi. Həmin “müsahibə”də Arad Azərbaycana səfərləri ilə bağlı xoş xatirələrini “bölüşür”, Bakıda iki fərqli missiyasından bəhs edir: əvvəlcə Mossad agenti, sonra isə Baş nazirin milli məsələlərlə bağlı məsləhətçisi kimi.

Uzi Arad

Bu əsərin (yəqin oxucular anladı ki, söhbət bizim dövrümüzdə dəbdə olan saxta “müsahibə”dən - fake news-dan gedir) ən maraqlı anlarından biri Aradın Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə tanışlığı ilə bağlıdır - guya ki, Leyla Əliyeva həmin “müsahibə”də “əgər ravvinlər icazə versəydilər, iudaizmi qəbul etməyi  özünə şərəf saydığını” söyləyib. Həmin hissə “müsahibə”yə ona görə daxil edilib ki, Azərbaycanın hakim elitasının guya ki, islam dininə olan əsl münasibətini göstərsin.

Qeyd edək ki, saxta müsahibənin məhz həmin əhəmiyyətli epizodu qonşularımız Ermənistan və İranın KİV və sosial şəbəkələrində geniş yayılıb.

Vəziyyətə aydınlıq gətirmək üçün Uzi Aradın özünə suallarla müraciət etdik.

"Həmin məqalə əvvəlindən sonuna qədər saxtalaşdırılıb.  Orada mənim adım istisna olmaqla bir dənə olsun həqiqi və düzgün detal yoxdur.  Bir dənə də.  Heç bir təfsilat və tarixçə yoxdur. Başdan ayağa yalandır. Vəssalam. Bu qədər sadə", - Uzi Arad bildirdi.

"Bir misal çəkim. Son 20 ildə sizin ölkənizdə olmaq imkanım olmayıb, - Arad bildirdi.  - Yəni, bu, çoxlu yalanın əlavə olunduğu müsahibə də deyil.  Bu müsahibə ümumiyyətlə olmayıb. Qil hoffman - tamamilə real İsrail jurnalistidir. O, heç vaxt məndən müsahibə almayıb. Bunu onun özündən də soruşa bilərsiz.  Bu müsahibənin dərc olunduğunu da mənə o xəbər verdi.  Və məndən üzr istədi ki, onun adı bu məsələyə bulaşıb.  Yəni bu müsahibə olmayıb. Nə bu jurnalistlə, nə də başqa birisi ilə".

"Bu barədə ilk olaraq sizə söyləyirəm, - Uzi Arad qeyd etdi. - Çünki siz bu məsələnin əvvəlindən sonuna qədər yalan olduğunu qətiyyətlə izah etsəz, düz addım atmış olarsız.  Bir dənə də düzgün detal yoxdur.  Siz mənə hansısa xanımla bağlı sual verirsiz...  Mən onun kim olduğunu belə bilmirəm", - Uzi Arad Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bağlı sualımıza qətiyyətlə cavab verdi.

"Fikrimcə, əvvəla, kimsə bunu qəsdən edib.  Bunu siz və ya başqaları araşdırmalısız. Təbii ki, bu, kimisə təhqir etmək və ya ziyan vermək üçün nədənsə yayındırmaq məqsədilə edilib. Hakimiyyət bu dəhşətli yalanın arxasında kimin dayandığını araşdırmalıdır. Mən bu təhqiqatı apara bilmərəm. Ancaq başqaları bilər, - Arad bildirdi.

Tanınmış müxbir Qil Hoffman da bu feyk məlumatı qəti şəkildə təkzib edib

"Ümidvaram ki, siz həmin müsahibədə söylənilənlərin təkzibini verəcəksiz.  Xahiş edirəm, bunu məni eşidənlərə çatdırın.  Həqiqət naminə.  Çox təəssüf edirəm ki, mənim adım saxta xəbərdə hallandırılıb.  Ancaq bilirsiz ki, bu tip dezinformasiya və yalanları praktikaya çevirmiş şəxslər, orqanlar və agentliklər var.  Bunu deməklə rəsmi bəyanatımı bitirirəm.

Şəxsən sizin ölkənizin gözəlliyini və insanlarını görmək üçün gələcəkdə oraya səfər etmək istəyirəm, çünki orada hər şey maraqlıdır. Ölkənizdə 20 ildən çoxdur olmamışam.  Ona qədər isə Baş naziri müşayiət etmişəm.  Bu, çoxdan olub.  Yəni ölkənizə qayıtmağa çox məmnun olardım", - Uzi Arad yekunda bildirdi.

Necə deyərlər, şərhə ehtiyac yoxdur.  Üstəlik, Araddan guya ki “müsahibə” götürmüş Qil Hoffman da Tvitter sosial şəbəkəsində bu “müsahibə”nin heç vaxt olmadığını təsdiqlədi: "gil-hoffman.com saytı mənə məxsus deyil, orada dərc olunmuş Uzi Aradla bağlı məqalə isə saxtadır".

İnformasiya texnologiyaları dövründə ifşa edilmələri heç də çətin olmayan saxtakarlara bu cür avantüralara qarışmamağı məsləhət görərdik.  Oxuculara isə tövsiyə edərdik ki, bu və ya digər KİV-ə inanmaq məsələsində olduqca ehtiyatlı olsunlar.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"