"Rusların sayəsində cinayətkar rejim Qarabağda gündən-günə güclənir"  - Deputatdan etiraz

12 noyabr, 2021 12:40

Ötən gün Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 ili tamam oldu. Bu münasibətlə sülhməramlı qüvvələrin Xankəndi yaxınlığındakı hərbi şəhərciyində "Qəhrəmanlar xiyabanı" və sülhməramlılara həsr olunmuş abidənin açılışı olub. Xiyabanın açılışına Cənub Hərbi Dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı, general-leytenant Qennadi Anaşkin qatılıb. 

Rusiyanın Azərbaycan ərazisində açılış etməsi, kilsə tikməsi nə dərəcədə doğrudur? Azərbaycan cəmiyyətinin kəskin etirazına səbəb olan bu məsələ barədə siyaslər, millət vəkilləri nə düşünürlər?

Mövzu ilə bağlı yenisabah.az-a danışan deputat Elman Məmmədov sülhməramlıların erməniməramlı olduğunu bildirib:

“Mən hazırda Azərbaycan ərazisində mövcud olan, Rusiyadan gəlmiş bir dəstə hərbçini ilk gündən sülhməramlı kimi qəbul etmirəm. Onlar gəldikləri gündən sülhməramlılıq vəzifələrini yerinə yetirməyiblər, erməniməramlılıq fəaliyyəti ilə məşğul olublar bu gündə onu davam etdirirlər. Sülhməramlılara verilən öhdəlikdə göstərilir ki, Laçın dəhlizində gediş-gəlişə, təhlükəsizliyə nəzarət etsinlər. Lakin onlar Azərbaycan ərazisinə qədəm qoyduqları gündən ordan-burdan bir erməni tapıb gətirirlər Azərbycan ərazisinə. Deyirlər ki, “Siz burada qalın, biz sizə ev tikəcəyik, çörəyinizi, suyunuzu verəcəyik”. Ermənilər üçün məktəb, tibb məntəqəsi, yaşayış binaları tikirlər, yollar çəkirlər. Bu proseslər sülhməramlıların missiyasına aid deyil. Onlar bu hərəkətləri ilə Azərbaycan qanunlarını pozur, ərazi bütövlüyümüzə qarşı hömətsizlik göstərirlər.

Onların bu qeyri-qanuni fəaliyyətləri nəticəsində Ermənistan rəsmiləri, Azərbaycan xalqına qarşı cinayətlər, soyqırımlar törətmiş Sarkisyan, Köçəryan kimi ünsürlər Azərbaycan ərazisini su yolu ediblər. İstədikləri zaman Qarabağa, Xankəndiyə gəlib-gedirlər və buna heç bir məhdudiyyət qoyulmur.

Məhz bunların fəaliyyəti nəticəsində bu gün Azərbaycanın qədim bölgəsində cinayətkar, qondarma qurum hələ də qalıb. Sülhməramlılar həmin qurumun bütün cinayətkar rəhbərliyi ilə birlikdə fəaliyyət göstərir, onların təhlükəsizliyini təmin edirlər. Rus sülhməramlılarının fəaliyyəti nəticəsində Azərbaycanın məlum bölgəsində Ermənistan dövlətinə məxsus, separatçı, cinayətkar quruma məxsus birləşmələr var və gündən-günə güclənirlər. Səbəbkar isə sülhməramlı adlandırılan qruplaşmadır.

Sülhməramlıların sayı rəsmi sənəddə 1960 nəfər qeyd olunub, bu gün isə onların sayı minlərlədir. Hətta Rusiyanın bir neçə nazirliyinin nümayəndələri, işçiləri orada fəlaiyyət göstərirlər.

İndi isə Azərbaycanın heç bir rəsmi qurumundan icazə almadan, Azərbaycan ərazisində rus provaslav kilsəsi tikirlər. Özlərinə xiyaban, şəhərcik düzəldirlər, rus məşhurların büstlərini qoyurlar. Ermənilər isə onların şərəfinə abidə ucaldıb. Guya erməni qızı rus əsgərinə gül verir. Həmin heykəl onların dostluq, əməkdaşlıq simvoludur.

Erməniləri dünyanın müxtəlif yerlərindən köçürüb Azərbaycanın tarixi torpaqlarımızda yerləşdirən və dövlət yaradan kim olub? Köçürən Çar Rusiyası, dövlət quran Sovet Rusiyası. İndi isə Rusiya federasiyası bu fəaliyyəti davam etdirir.

Azərbaycan bu proseslərə dözməyəcək. Separatçıları ərazisindən təmizləmək üçün ciddi tədbirlər görməlidir və görəcək”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"