Pekin Vaşinqtonu nədə ittiham edib? - ABŞ rəqibinə qarşı iki koalisiya qurub...

13 noyabr, 2021 09:42

Çinin xarici işlər naziri Van İ bir neçə gün əvvəl amerikalı həmkarı Entoni Blinkenlə telefonla danışıb. Çinli diplomat telefon danışığı zamanı Vaşinqtonu Çinə qarşı müxtəlif koalisiyalar formalaşdırmaqda ittiham edib: “ABŞ qlobal miqyasda Çinə qarşı təzyiqi artırmağa çalışır. Bu məqsədlə Vaşinqton orta və kiçik dövlətlərə də təzyiqi artırır”.

Həqiqətən Vaşinqton Çinə qarşı ən azı iki böyük koalisiya formalaşdırıb. Bunun biri anqlosakson – ABŞ, Böyük Britaniya və Avstraliya formatıdır. AUKUS adlanan bu formatın adı ölkələrin baş hərflərindən ibarətdir. Digər formatda ABŞ, Avstraliya, Yaponiya və Hindistan iştirak edir. Bu formatın da məqsədi Çinin bölgədə artan hərbi gücünü neytrallaşdırmaqdır.

Çinli diplomat amerikalı həmkarına onu da deyib ki, baş verənlər iki ölkənin və iki xalqın maraqlarına cavab vermir. Çinin xarici işlər naziri xatırladıb ki, ABŞ Konqresi Çinə qarşı 300-ə yaxın qanun layihəsi hazırlayıb, ABŞ hökuməti isə Çinin 900-a yaxın şirkətinə və vətəndaşına qarşı sanksiya tətbiq edib. Həqiqətən ABŞ son vaxtlar Çinin telekommunikasiya şirkətlərinə qarşı əlavə sanksiyalar təbtiq edib. Vaşinqton bu sanksiyaları Amerikanın milli və təhlükəsizlik maraqlarını qorumaq üçün tətbiq etdiyini açıqlayıb.

Əslində bu proses hələ keçmiş prezident Donald Trampın dövründə başlayıb. 2020-ci ilin yayında keçmiş dövlət katibi Mayk Pompeo Çinin nəhəng “Huawei” şirkətinə qarşı sanksiyaların tətbiq edildiyini bildirmişdi. Vaşinqton bu şirkəti Amerika üçün təhlükəli qiymətləndirmişdi. ABŞ-ın “Huawei”-yə qarşı tətbiq etdiyi sanksiyalar şirkətin imicinə və gəlirlərinə ciddi zərər vurmuşdu.

Co Bayden administrasiyası keçmiş prezidentin Çinə qarşı siyasətini davam etdirir. Çin lideri “böyük iyirmilərin” Romada keçirilən toplantısına qatılmadı. Çin lideri bunun ardınca BMT-nin Qlazqo şəhərində iqlimlə bağlı keçirilən sammitində də iştirak etmədi. Çin bir tərəfdən münaqişələrə tərəfdar olmadığını, əməkdaşlığa üstünlük verdiyini ifadə edir, digər tərəfdən qlobal problemlərin müzakirəsində iştirakdan yayınır. Bu da o deməkdir ki, Pekin verdiyi açıqlamalarda səmimi deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo