İran ermənilərin çəkdiyi yeni yoldan narazıdır - Dar və təhlükəli

13 noyabr, 2021 14:58

Məlum olduğu kimi, Azərbaycan Gorus-Qafan yolunun öz suveren ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarət-buraxılış məntəqələri quraşdırıb. Artıq erməni maşınları da bu ərazidən keçmək üçün Azərbaycan qanunlarına uyğun prosedurlar keçməlidirlər. 

Bundan öncə isə eyni tələb İrandan Ermənistana yük daşıyan İran maşınlarına aid edilib. Buna cavab olaraq, Ermənistan hökuməti tez-tələsik Gorus-Qafan yoluna alternativ Tatev-Aqvan yolunu çəkib. Lakin son günlər həmin yolda baş verənlər göstərir ki, bu marşrut heç də ermənilərin və iranlıların ümidlərini doğrultmur.

“Azadlıq Radiosu”nun erməni xidməti xəbər verir ki, sözügedən alternativ yoldan istifadə edən İran yük maşınlarının sürücüləri yolun keyfiyyətindən şikayət edirlər. Yolun vəziyyətilə yerində tanış olan jurnalistlər özləri də yolun çox əlverişsiz və təhlükəli olduğunu bildiriblər və hətta İrana aid bir yük maşınının az qala dərəyə düşəcəyini əks etdirən fotonu paylaşıblar.

İranlı sürücülər isə jurnalistlərə deyiblər ki, yolun əksər hissələri çox dar və təhlükəlidir. Buna görə də iri yük maşınlarının bu yoldan istifadə etməsi heç də məqsədəuyğun deyil: “Qarşıdan maşın gəlsə, dayanmalı olursan. Bu isə heç yaxşı deyil, çünki maşınlar yığılmağa başlayır. Bir çalaya düşdükdə isə texnika gözləməli oluruq, hansı ki, o da həmin ərazilərdə yoxdur.”

Bir sözlə, fars-erməni “qardaşlığı” indi də Nikol Paşinyanın yeni çəkdirdiyi sınıq-salxaq yolla sınağa çəkilir. Yeri gəlmişkən qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl həmin yoldan istifadə etdiyini və onun “çox keyfiyyətli” olduğunu bildirmişdi. Ancaq azca qar yağan kimi, yolun demək olar ki, bağlandığını və hərəkətin mümkünsüz olduğunu görən ermənilər sosial şəbəkələrdə hökumət başçısına öz “ürək sözlərini” göndərməkdən çəkinmirlər.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"