Moskva Ankara ilə razılaşdı - "S-400" müqaviləsi imzalanır

14 noyabr, 2021 12:20

Moskva və Ankara silahların birgə hazırlanmasını və Rusiya hərbi məhsullarının Türkiyəyə tədarükünü müzakirə edir.

Bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSMTC) direktoru Dmitri Şuqayev “Dubai Airshow-2021” beynəlxalq aviaşousunda çıxışı zamanı deyib.

Şuqayev vurğulayıb ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davamlı şəkildə inkişaf edir:

“S-400 zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin imzalanması da 2021-ci ilin sonuna qədər baş verəcək”.