Qarabağdakı erməni terroruna Moskva cavabdehdir - Rus sülhməramlılar bölgədən çıxarıla bilər?

15 noyabr, 2021 11:22

Rusiya öz prezidentinin də imza atdığı üçtərəfli anlaşmalara qətiyyən riayət etmir, əksinə, həmin sənədlərin tələblərini həm özü pozur, həm də Ermənistana bunun üçün geniş imkanlar açır. 

Rus sülhməramlıların davranışları və erməni terrorçuların himayədarları rolunda görünmələri cinayətkarları daha da cəsarətləndirir

Ermənistanın hərbi-siyasi təxribatları davam edir. Rəsmi İrəvan Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Və regional situasiyanın mümkün qədər gərginləşdirilməsinə cəhd göstərir.

Təbii ki, Ermənistanın törətdiyi təxribatların istənilən halda, hərbi-siyasi nəticələri mütləq olmalıdır. Əks halda, rəsmi İrəvan daha da azğınlaşa bilər. Və bu halda, Cənubi Qafqazı terror və xaos məkanına çevrilmək təhlükəsindən yayındırmaq çox çətin olar.

Məsələ ondadır ki, rəsmi İrəvanın bütün təxribatları ardıcıl və planlı xarakter daşımaqla yanaşı, vahid mərkəzdən idarə olunur. Hər halda, son hadisələr də bunu təsdiqləyir. Bütün təxribatların Ermənistanda bu işlə məşğul olan vahid terror və diversiya mərkəzindən idarə edildiyi artıq qətiyyən şübhə doğurmur. Və bu məsələdə Rusiyanın davranışları da müəyyən mənada, müəmmalı xarakter daşıyır.

Əvvəlcə Ermənistan müdafiə nazirini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisinə göndərdilər. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması xarakteri daşıyan bu səfər zamanı erməni nazir Xankəndi və ətraf bölgədə rus sülhməramlıların arxasında gizlənən qeyri-qanuni silahlı terror-diversiya təlimatlar verdi. Rusiya sülhməramlı qüvvələri isə hər hansı müdaxilə etmədi. Yəni, öz missiyalarını növbəti dəfə yerinə yetirmədilər.

Ardınca rus sülhməramlıların gözləri qarşısında erməni terrorçu Azərbaycan əsgərlərinin blok-postuna əl qumbarası atdı. Rusiya sülhməramlıları erməni terrorçunu həbs etdilər. Ancaq onu Azərbaycan tərəfinə təhvil verməli olduqları halda, buna zidd davrandılar. Yəni, erməni terrorçunu onu diversiya aktını törətməyə göndərənlərə təhvil verdilər.

Bütün bunlardan çox ciddi nəticələr çıxarmaq üçün əsaslar var. Belə ki, rəsmi İrəvan Ermənistanın terroru dövlət siyasətinə çevirdiyini inkar edə bilməyəcək. Çünki Azərbaycan blok-postuna əl qumbarası atan erməni terrorçu - 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Ermənistan Respublikasının vətəndaşıdır. Rəsmi İrəvan əvvəlcə Ermənistan vətəndaşının Azərbaycan ərazisində nə işi olduğuna cavab verməli olacaq.

Digər tərəfdən, erməni terrorçunun Ermənistan ordusunun hərbi qulluqçusu olduğu da təkzibolunmaz faktlar ilə sübut olunub. Bu məqama isə Ermənistan ilə yanaşı, rus sülhməramlılar da aydınlıq gətirməlidir. Kreml təmsilçilərinin hər imkanda Rusiyanın böyük nailiyyəti kimi qabardığı üçtərəfli anlaşmalara görə, Xankəndi və ətraf bölgədə olan Ermənistan ordusunun tör-töküntüləri ərazidən artıq çoxdan çıxarılmalıydılar.

Deməli, həm Ermənistan, həm də Rusiya üçtərəfli anlaşmaları yerinə yetirməyib. Ermənistan öz darmadağın edilmiş ordusunun qalıqlarını Azərbaycan ərazisindən bu bir il ərzində çıxartmayıb. Digər tərəfdən, bu prosesi təmin etməli ola rus sülhməramlılar da erməni quldur dəstələrini tərksilah etməyib, onların bölgədə qalmasına yumşaq desək, göz yumub. Və belə olduğu təqdirdə, rus sülhməramlıların bölgədə qalmasına ehtiyac da aradan qalxmış olur.

Çünki rus sülhməramlılar bölgəyə Laçın dəhlizi üzərindən girən erməni naziri görə bilmirlər. Eyni zamanda silahlı erməni quldur dəstələrini də ərazidən çıxartmırlar. Nəticədə həmin quldur dəstələrini təmsil edən erməni terrorçu Azərbaycan əsgərlərinə əl qumbarası atır. Bu azmış kimi, rus sülhməramlılar erməni terrorçunu Azərbaycana deyil, qarşı tərəfə təhvil verir.

Bütün bunlar baş verdiyi halda, Rusiya hələ də Xankəndi və ətraf bölgədə sülhməramlı missiyanı yerinə yetirməsindən danışır. Görəsən, Kreml kimi aldatmağa çalışır? Erməni terrorçunun həbs edlərkən, heç nədən narahat olmadığını sezdirməsi törədilən diversiyadan rus sülhməramlıların əvvəlcədən məlumatlı ola biləcəyindən şübhələnməyə əsas vermirmi? Erməni terrorçu cinayəti törətdikdən dərhal sonra nədən yaxınlıqdakı rus hərbçilərə tərəf qaçır? Ona rus sülhməramlılar hansısa təhlükəsizlik və ya öz terror dəstəsinə geri qaytarılacağına təminat vermişdimi?

Göründüyü kimi, hələlik cavabı olmayan suallar kifayət qədərdir. Kreml mütləq bu suallara inandırıcı cavablar tapmağa çalışmalıdır. Əks halda, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların missiyası istər-istəməz ciddi şübhələr doğuracaq. Və bu şübhələr qaldıqca Rusiyanın regiondakı maraqlarına qarşı da müəyyən problemlər yaranmağa başlayacaq.

Ancaq ümid edək ki, Kreml yuxarıdakı suallara cavab axtarmaq niyyətinə düşərsə, öz arqumentlərinin sırasına Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyənin güclənməsini daxil etməyə çalışmayacaq. Heç erməni terror təşkilatı "Sasna Tsrer"in Vahagn Avagyanın Rusiyanı hədələməsini də səbəb göstərmək lazım deyil. Hər halda, heç kim Kremlin bir terror təşkilatının "Rusiya Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq” hədəsi qarşısında qorxub, aciz duruma düşdüyünə inanmaz. Ona görə də Kreml Rusiyanın regionda korlanmış imicini təmizləmək üçün daha real arqumentlərə üstünlük verməlidir.

Kreml onu da nəzərə almalıdır ki, rus sülhməramlıların davranışları və dolayısı ilə erməni terrorçuların himayədarları rolunda görünmələri cinayətkarları daha da cəsarətləndirir. Buna əmin olmaq üçün "Ermənistan milli qvardiyası" terror təşkilatının rəhbəri Arşak Zakaryanın açıqlamasına diqqət etmək yetərlidir: "Ermənistan milli qvardiyası Norayr Mirzoyana (ailəsinə) 1000 dollar verəcək və əlavə təşəbbüslə çıxış edəcək. Norayr Mirzoyan bizim mübarizə liderimizdir və onu tək qoymamaq hamımızın borcudur. Türklərə qarşı mübarizəmiz hər zaman və hər yerdə davam edəcək".

Birmənalı şəkildə iddia etmək olar ki, Rusiya öz prezidentinin də imza atdığı üçtərəfli anlaşmalara qətiyyən riayət etmir. Əksinə, həmin sənədlərin tələblərini həm özü pozur, həm də Ermənistana bunun üçün geniş imkanlar açır. Bunu Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin və rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu bölgədə erməni terrorçuların törətdiyi təxribatlar barədə yaydığı məlumatlar da təsdiqləyir.

Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadığı halda, müxtəlif istiqamətlər üzrə atəşə tutub. Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərinə müxtəlif çaplı silahlardan istifadə etməklə, fasilələrlə intensiv atəş açıblar.

Bu, o deməkdir ki, əgər, Rusiya üçtərəfli anlaşmalara riayət etsəydi, bölgədəki qeyri-qanuni silahlı erməni terror dəstələri həmin ərazidə olmayacaqdı. Yəni, bu silahı quldurlar da Azərbaycan ordusunun mövqelərini atəşə tutan bilməyəcəkdi. Və bu hərbi cinayətlərə görə isə kimsə mütləq məsuliyyət daşımalıdır.

İndiki halda, bölgədə baş verən bütün hərbi cinayətlərə və törədilən terror-diversiya hadisələrə görə məsuliyyət məhz rus sülhməramlıların üzərinə düşür. Ona görə də, Kreml məsuliyyətdən yayınmağa cəhd göstərmək əvəzinə öz öhdəliklərini yerinə yetirməlidir. Əks halda, Rusiya mandatı hələ təsdiqlənməmiş sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədən çıxarılması ilə bağlı tezliklə başlaya biləcək müzakirələrə də indidən hazır olmalıdır.

("Yeni Müsavat" )

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo