Müdafiə Nazirliyi brifinq keçirdi - VİDEO

16 noyabr, 2021 16:26

Müdafiə Nazirliyi Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı brifinq keçirib.

“Azsiyaset” xəbər verir ki, nazirliyin mətbuat katibi Anar Eyvazov bildirib ki, son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib: “Qəfil hərbi əməliyyatlara başlanılıb. Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda sursat, hərbi qənimət ələ keçirilib:

"Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".