10 erməni hərbçisi ölüb, 6-sı yaralanıb - Ermənistan KİV

16 noyabr, 2021 16:29

Ermənistan və Azərbaycan tərəfləri arasında atışma nəticəsində Ermənistan tərəfi itki verib. Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Qeyd edilir ki, Ermənistan tərəfindən 10 nəfər ölüb, 6 nəfər yaralanıb.

Eyni zamanda, vurğulanır ki, 6 erməni hərbçi əsir düşüb, Ermənistan tərəfi 2 döyüş mövqeyini itirib.