BMT Təhlükəsizlik Şurası erməni təxribatını müzakirə edəcəkmi?

16 noyabr, 2021 19:45

BMT Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı hələ ki, iclas planlaşdırmayıb.

"Azsiyaset" xəbər verir ki, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolya de Rivyer deyib.

“Gündəlikdə heç nə yoxdur. Baxacağıq. Bunu müzakirə edə bilərik”, - deyə diplomat bildirib. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində növbəti dəfə təxribatlar törədib.