Rüstəm Muradovun təyyarəsi Bakıdan İrəvana uçdu

17 noyabr, 2021 20:48

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçub.

“Azsiyaset” erməni KİV-nə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində sərhəddə baş vermiş döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərin meyitlərinin olduğu ehtimal edilir.

Məlumata görə, təyyarədə sərhəddə törətdikləri təxribatlar nəticəsində saxlanılan erməni hərbçilər yoxdur.