Rusiyanın hələ uçmayan "Chekmate" qırıcısı Türkiyənin "Akıncı" zərbə PUA-sını "vurur" - "ROSTEX" bununla nə demək istəyir? - VİDEO

17 noyabr, 2021 20:57

Rusiyanın “Rostex” korporasiyasının bir müddət əvvəl açıqladığı və “Suxoy” konstruktor bürosu tərəfindən hazırlanan Su-75 “Chekmate” (Şah və mat) qırıcı təyyarə modeli (hələlik bu təyyarə ancaq modeldən ibarətdir və onun uçan versiyasının 2023-cü ildə hazır olacağı gözlənilir, - red.) ilk dəfə iki il əvvəl Dubay aviaşousunda təqdim edilib. Və neçə vaxtdır Rusiya hərbi sənayesinin möcüzəvi döyüş maşını kimi təbliğ edilən bu təyyarə-modellə bağlı “Rostex” dövlət korporasiyası animasiya roliki yayıb. Həmin rolikdə Su-75 hava döyüşündə Türkiyənin silahlanmaya yeni daxil etdiyi “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarəsini “vurur”.

Rolikdə göstərilir ki, Su-75 öz döyüş imkanlarına görə ABŞ-ın F-35 qırıcılarından üstündür və ümumiyyətlə, havada ona rəqib yoxdur.

Müqayisə üçün qeyd edək ki, “Chekmate” qırıcısı hələ maket halındadır və havaya qalxmayıb, təyyarənin uçan versiyası hələ hazır deyil. Amma 8 ədəd “hava-yer” və “hava-hava” tipli (MAM-C, MAM-L, MAM-T, "Gökdoğan", "Bozdoğan")  raketlər, 1 ədəd “SOM” qanadlı raketi daşımağa qadir olan “Akıncı” artıq havalardadır və Türkiyə ordusunun silahlanmasına daxil edilib. Bu ilin avqustunda ilk 3 “Akıncı” döyüş PUA-sının silahlanmaya qəbul edilməsi münasibətləri təntənəli mərasim keçirilib.

Bəs nədən Rusiya korporasiyası bu təyyarənin reklam rolikində məhz Türkiyə zərbə PUA-sını “hədəf alır”? Türkiyə mediası yazır ki, görünür Rusiya “Bayraktar TB2” zərbə dronlarının Suriya, Liviya və Azərbaycanda rus silahlarını, o cümlədən ən yeni radioelektron mübarizə sistemlərini məhv etməsindən yaranan zədəni yaşamaqda davam edir.

Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsində “Bayraktar TB2” Rusiyanın Ermənistan ordusuna verdiyi zenit-raket komplekslərini, o cümlədən S-300 komplekslərini, radioelektron mübarizə sistemlərini və çoxsaylı zirehli texnikanı məhv edib. Qarabağ müharibəsindən sonra Rusiya Müdafiə Nazirliyi hərbi sənaye müəssisələri qarşısında həm ordunun ehtiyacları üçün təcili qaydada zərbə dronları və digər PUA-ların hazırlanmasını sürətləndirmək, həm PUA-lara qarşı mübarizə vasitələrini təkmilləşdirmək vəzifəsi qoyub.

Bir neçə ay əvvəl isə Rusiyanın “Kalaşnikov” korporasiyasının törəmə müəssisəsi olan “Zala Aero Group” şirkəti özünün “Lanset” kamikadze-dronlarının təqdimat videorolikində bu dronların havada “Bayraktar TB2”-ni hədəf aldığını göstərmişdi. Bu animasiya Rusiyanın “Bayraktar”lara cavabı kimi qarşılanmışdı və xarici mediada geniş müzakirə edilmişdi.

Ardınca isə Türkiyənin “ROKETSAN” şirkəti “Akıncı” zərbə pilotsuz təyyarəsinin bu şirkətin istehsal etdiyi MAM-T ağıllı döyüş sursatı ilə 30 kilometr məsafədən Rusiyanın istehsalı olan “Pantsir” zenit kompleksini necə məhv etdiyinə dair animasiya yaydı. Məsələ bundadır ki, Rusiya “Pantsir” zenit kompleksini PUA-lara, o cümlədən “Bayraktar”lara qarşı özünün “ən effektli silahı” kimi geniş reklam etməyə çalışır. Lakin “ROKETSAN”ın ağıllı döyüş sursatı həmin kompleksi onun əhatə dairəsinə daxil olmadan, kifayət qədər uzaq məsafədən  vura bilər və bu da Türkiyə şirkətinin “animasiya müharibəsində” Rusiyaya tutarlı cavabı idi.

Rusiya şirkəti "Lanset" adlı kamikadze-dronunun tanıtım rolikində "Bayraktar TB2" döyüş PUA-sını "vurur"...

Türkiyənin "ROKETSAN" şirkəti "cavab zərbəsi endirir": şirkətin istehsal etdiyi və döyüş sınaqları uğurla başa çatdırılan MAM-T ağıllı döyüş sursatı 30 kilometr məsafədən "Pantsir" zenit kompleksini "məhv edir"...

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"