Daha bir neçə yüz tank sərhədə tərəf irəliləyir - Kremlin planları nədən ibarətdir?

18 noyabr, 2021 14:10

Rusiyanın Rostov vilayətində Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, o cümlədən digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb. Şahidlərin çəkdikləri və sosial şəbəkələrdə yerləşdirdikləri kadrlara əsasən bunlar T-72B2 və T-72B3 əsas döyüş tanklarıdır. Habelə dəmiryol platforması boyu düzülmüş “Uraqan” və “Qrad” reaktiv yaylım atəşi sistemləri, radioelektron mübarizə vasitələri və bir çox yardımçı texnika gözə dəyir.

Bundan əvvəl isə Rusiyanın Ukraynanın Xarkov vilayəti istiqamətində olduqca böyük sayda, bəzi məlumatlara görə hətta minlərlə T-80 döyüş tanklarını cəmləşdirdiyi məlum olmuşdu. Bu tanklar Rusiya ordusunun silahlanmasından əsasən çıxarılıb, amma Donbass separatçılarının arsenalında yer alır. Rusiya əsasən özünün nisbətən köhnəlmiş hərbi texnikasını bu cür münaqişə zonalarında “utlizasiya” edir.

Xatırladaq ki, Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməsi haqda xəbərlər artıq bir aya yaxındır yayılır. Bu günlərdə ABŞ rəsmən Avropa İttifaqını Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı haqda məlumatlandırıb. Habelə Pentaqon Ukrayna tərəfini xəbərdar edib ki, Moskva ona qarşı qış hücumuna başlaya bilər. Hesab edilir ki, Rusiya ordusu qış müharibəsi üçün daha hazırlıqlıdır və bu amil Ukrayna ordusunu sürətlə sıxışdırmağa kömək edəcək.

İki gün əvvəl isə NATO-nun Baş katibi Yens Stoltenberg Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi brifinq zamanı Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında “qeyri-adi fəallığı” barədə xəbərdarlıq edib. O bəyan edib ki, son bir ay ərzində Rusiya Ukrayna sərhədlərinə böyük sayda hərbi texnika cəmləşdirir və qeyri-adi hərbi fəallıq nümayiş etdirir. Stoltenberg Kremli sərhədyanı rayonlara bu cür qoşun cəmləşdirməklə hansı planları həyata keçirmək istədiyini izah etməyə çağırıb.

NATO Baş katibinin sözlərinə görə, Rusiya müdaxilə qərarı versə xəbərdarlıq və ya hazırlıq üçün vaxt qalmayacaq. “Belə hərbi imkanları Rusiya daha əvvəl Ukraynaya və Gürcüstana qarşı aqressiya üçün istifadə edib”, - o deyib.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"