NATO Rusiyaya xəbərdarlıq etdi - "Ukraynaya dəstək verməyə davam edəcəyik"
19 noyabr, 2021 16:51
“Ukrayna sərhədlərinə yaxın yerlərdə Rusiya qoşunlarının böyük və fövqəladə sıxlığını müşahidə edirik”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, Ukrayna sərhəddindəki hadisələri yaxından izlədiklərini bildirib:
“Proseslərə nəzarət edirik. Ukraynaya dəstək verməyə davam edəcəyik. Rusiyanı şəffaf olmağa, vəziyyəti mürəkəbbləşdirməməyə çağırırıq”.