Brüsseldən sonra Moskvada toplaşacaqlar - "Rusiya imkan verməyəcək ki..."

20 noyabr, 2021 13:34

Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Bu görüş noyabr ayının əvvəlində Moskvada baş tutmayan üçtərəfli sammitdən, cəbhədə baş verən hərbi toqquşmalardan sonrakı dövrə təsadüf edir. Məlumdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu görüşə qatılmaqdan imtina etmişdi.

Maraqlıdır, tərəflər Brüsseldə hansısa anlaşma əldə edə bilərlərmi?

Politoloq Elxan Şahinoğlu bildirir ki, liderlərin görüşməsinə və danışıqlar aparmasına ehtiyac var. İki ölkə müharibədən sonra yerdə qalan problemli məsələləri masa ətrafında həll etməyə çalışmalıdır. Ekspert qeyd edir ki, sərhəddəki gərginliyin artırılması nə Azərbaycana, nə də Ermənistana faydalıdır: “Bizə lazımdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara razılaşsın, dəhlizin açılması sürətlənsin, sülh sazişinin mətni üzərində iş başlasın. Bunun üçün müxtəlif səviyyələrdə danışıqların başlaması faydalıdır. Əlbəttə, bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq, ancaq indiki şərtlər altında danışıqların alternativi yoxdur”. 

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsində yekdil olsa da, müharibədən sonra bəzi məsələlərdə fərqli yanaşmalar meydana gəldi: “Ancaq sərhəddə baş verən son toqquşmalar və itkilərimizlə bağlı cəmiyyət içərisində fərqli baxışlar meydana çıxıb, bunu sosial şəbəkələrdəki müxtəlif statuslardan da hiss etmək olar. “Zəngəzur dəhlizi məsələsində Qarabağın azad olunması qədər israrlı olmamalıyıq” kimi fikirlərlə razılaşmasam da, fərqli fikirləri və bu mövzuda diskussiyaları normal qiymətləndirirəm, 10 milyon azərbaycanlı eyni cür düşünə bilməz. Zəngəzur dəhlizi və sərhəddəki toqquşmalarla bağlı cəmiyyətdə fikir ixtilafının yaranması o deməkdir ki, bu mövzuların cəmiyyətə daha tutarlı və məntiqli şəkildə izahına ehtiyac var. Hakimiyyət ideoloqları bu barədə düşünməlidirlər”.

Moskva görüşünün baş tutmamasına rəğmən liderlər Avropa Şurasının prezidenti Şarl Mişelin Brüsseldə bir araya gəlmək təklfini nədən qəbul ediblər?

Bu suala cavabında E.Şahinoğlu bildirib ki, Brüssel görüşünü sərhəddəki son insident zəruri etdi. “Ancaq Moskva imkan verməyəcək ki, Brüssel vasitəçilik məsələsində irəliyə çıxsın. Böyük ehtimalla, Brüsseldən sonra Moskvada toplaşacaqlar”, - politoloq vurğulayıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI