İtalyan senatordan Ermənistana sərt etiraz

20 noyabr, 2021 23:02

İtaliya Senatının “İrəli İtaliya” Partiyasından üzvü, senator Urania Papatheu Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi sonuncu hərbi təxribatları pisləyən və Azərbaycanı dəstəkləyən açıqlamalar verib.

Senatorun açıqlamaları İtaliyanın “AgenParl”, “Agenzia Nova”, “LaPresse”, “Askanews”, “Dire”, “9Colonne” xəbər agentlikləri tərəfindən yayılıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində son günlər ərzində Ermənistan tərəfinin növbəti təxribatlarını dəf edərkən Azərbaycanın 7 hərbçisinin həlak olduğunu, daha 10 nəfərin isə yaralandığını bildirən italyan senator “Artıq yetər demək vaxtıdır, Avropa İttifaqı müdaxilə etməli, irəliyə doğru addım atmalı və hələ də müharibə etmək istəyənləri qətiyyətlə pisləməlidir”, - deyə son günlər ərzində baş verən erməni təxribatlarına sərt etirazını bildirib.

“Sanki keçən il noyabrın 10-da müharibə başa çatdıqdan sonra bu günə qədər mina partlayışının qurbanı olan 160-dan çox mülki azərbaycanlı azmış kimi Ermənistan tərəfi öz təxribatlarına davam edir”, - o deyib. “Bu dramatik vəziyyət Ermənistan hakimiyyətinin beynəlxalq hüquqla müəyyən edilmiş normaları qəbul etmək istəməməkdə israr etməsi ucbatından daha da pisləşir”, - deyə senator fikirlərinə əlavə edib.

“Bütün regionda sülh, sabitlik və əməkdaşlığı təmin etmək üçün Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməlidir. Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normaları əsasında normallaşması və dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün bu iki ölkə arasında danışıqlar prosesinin mümkün qədər tez başlaması vacibdir”, - deyə Urania Papatheu fikirlərini tamamlayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"