Lukaşenko NATO-nu nüvə müharibəsi ilə hədələdi

21 noyabr, 2021 00:07

"Qərb dövlətləri hələ də İkinci Dünya Müharibəsi zamanı verdiyi itkilərə görə Belarusa borcludurlar, buna baxmayaraq yenidən dövlətin ərazisinə soxulub orada hərbi əməliyyatlara başlamağa çalışırlar".

Bunu BBC-yə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

“Siz başa düşməlisiniz ki, Belarusda müharibə başlasa, NATO və Rusiya müdaxilə edəcək və bu, nüvə müharibəsi olacaq”, - Lukaşenko vurğulayıb.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Belarusla sərhəddəki miqrasiya böhranı ilə bağlı Polşa ilə həmrəy olduğunu bildirib və Lukaşenkonu miqrantlardan başqa ölkələrə qarşı hibrid müharibə aparmaq üçün istifadə etməkdə ittiham edib.