İran baş konsulluğuna hücum oldu - FOTO

21 noyabr, 2021 00:10

Almaniyada naməlum şəxslər İranın Hamburq şəhərində yerləşən baş konsulluğuna hücum edib.

Bu barədə Hamburq polisi məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər konsulluğun dəmir darvazasına yanan maddə atıblar. Yanğının tez bir zamanda söndürüldüyü, hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.

Hadisə yerindən qaçan iki nəfər axtarılır.