"Rusiya Ukraynaya hücuma hazırlaşır" - Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi

22 noyabr, 2021 00:35

"Sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər".

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” nəşrinə müsahibəsində bildirib.

K.Budanov Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını vurğulayıb: 

“Artilleriya və zirehli texnika ilə hücum Odessa və Mariupola desant endirilməsi ilə davam edəcək. Belarus sərhədindən də kiçik qüvvə ilə hücum olacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq”.

Baş Kəşfiyyat İdarəsinin rəisi qeyd edib ki, hücum Ukraynada sabitliyi pozmaq və ölkənin mübarizə qabiliyyətini zəiflətmək üçün psixoloji əməliyyatlarla müşahidə olunacaq: 

"Onlar hökumətə qarşı çıxmaq üçün insanları küçələrə çıxmağa təhrik etmək istəyirlər. Bu səylər Rusiyanın təşkil etdiyi COVİD-19-ə qarşı vaksinasiya əleyhinə aksiyaları da əhatə edir. Moskva iqtisadiyyat və enerji tədarükü sahəsində problemlər ətrafında da spekulyasiya edərək kütləvi aksiyaları alovlandırmaq istəyir. Rusiya Donbasda hərbi əməliyyatlara məsuliyyət daşımaqda ittiham olunan Vaqner qrupunun 30-a yaxın üzvünə qarşı Ukrayna xüsusi xidmət orqanlarının uğursuz əməliyyatını da aktiv şəkildə qabardır. Rusiya psixoloji əməliyyatı ilə Ukrayna hakimiyyətinin xalqı satdığı təəssüratı yaratmaq istəyir. Polşa və Belarus arasında qaçqın böhranı ilə bağlı yaşanan sərhəd münaqişəsi də bu səylərin tərkib hissəsidir”.

K.Budanov ABŞ və Ukrayna kəşfiyyatlarının Rusiyanın hücuma keçəcəyi müddətlə bağlı proqnozlarının da oxşar olduğunu qeyd edib.

Rusiyanın Böyük Britaniyadakı səfirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin açıqlaması ilə bağlı “Military Times” nəşrinin sualını cavablandırmayıb. Pentaqon da K. Budanovun proqnozuna münasibət bildirməkdən imtina edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"