Türkiyə hökuməti toplanır - Erməni təxribatları gündəmdə

22 noyabr, 2021 00:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sabah hökumətin iclası baş tutacaq.

İclasda Suriya, Liviya və Şərqi Aralıqdakı durum, həmçinin Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq. Bundan əlavə, iclasın gündəliyinə terrorizmə qarşı mübarizə məsələləri də daxildir.