"Rusiyanın son zamanlar Zəngəzurla bağlı bəyanatları..." - Tofiq Zülfüqarov

22 noyabr, 2021 21:16

"Azsiyaset" Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:

- Tofiq müəllim, Brüsseldə Azərbaycan-Ermənistan rəhbərlərinin görüşü keçiriləcək, proqnozlar nədən ibarətdir?

- Bir görüşlə hansısa bir məsələlərin həllinə nail olmaq qeyri-mümkündür. Sadəcə olaraq Ermənistana təzyiqlərin nəticəsi olaraq Nikol Paşinyan belə bir görüşdə iştiraka məcbur olub. Amma ümumilikdə bu görüşdən çox şeyi gözləmək də hələ tezdir. Çünki hər kəs görür ki, Ermənistanda hansı proseslər baş verir. Artıq Paşinyanın da ritorikasında dəyişiklik var. Amma Azərbaycan tərəfi hər zaman görüşlərə hazırdır. Sülh naminə Azərbaycanın hansısa prinsiplərdən imtinası da mümkün deyil. Azərbaycan sadəcə olaraq sülh yolu ilə hansısa maraqları əks etdirən nəticələrin əldə olunmasında maraqlıdır.

- Ermənistanda anti-Rusiya ritorikasının gücləndiyi bir şəraitdə Avropa Birliyinin vasitəçiliklə bağlı missiyasına yanaşmalar necədir?

- Azərbaycanla Ermənistan rəhbərinin görüşü Avropa İttifaqının mərkəzində keçiriləcək. Görüşün keçirildiyi məkan da xüsusi olaraq diqqət çəkir. Eyni zamanda belə bir görüşün keçirilmə təklifi də Avropa İttifaqının prezidentindən edilib. Paralel olaraq Aİ-nın prezidenti Şarl Mişel Fransa prezidenti Emmanuel Makrona yaxın bir siyasətçidir. Qarşıda isə Makron növbəti seçkilərə qatılacaq və həm də Avropa İttifaqına sədrlik edəcək. Məhz bu baxımdan Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilmə vaxtı və yeri ilə bağlı Rusiyanın narahatlığı müşahidə edilir. Ermənistanın mövqeyi ilə bağlı narahatlıqlar artıq arxada qalıb. Ermənistanda başa düşürlər ki, dövlətçiliyi saxlamaq üçün onlara Qərbin mümkün köməyi lazımdır. Amma Ermənistana Qərbin köməyi o vaxt daha real öz təsirini göstərəcək ki, Rusiya oradan uzaqlaşsın. Hazırkı vəziyyət bundan ibarətdir. Sözsüz ki, Azərbaycan tərəfi buradakı vəziyyətdən öz maraqları üçün mümkün qədər istifadə etməlidir. Çünki burada əsas faktor Rusiya Ermənistan arasında olan gərginlikdir.

- Sərhədlərin dəqiqləşməsi və konkret razılığın əldə olunmasında Rusiya nə dərəcədə maraqlıdır?

- Sonuncu prosesləri hər kəs gördü. Rusiya-Türkiyə arasında olan əməkdaşlığın səviyyəsi olduqca böyükdür. Uzun müddətdir iki ölkə arasında bir çox problemlərin həlli müşahidə edilir. Türk dövlətləri arasında əlaqələrin inkişafında Rusiya tərəfinin də maraqlı olduğu açıq hissi olunur. Rusiyadan edilən son açıqlamalar bu fikirləri daha da gücləndirir. Erməni tərəfini də narahat edən məhz bu məsələlərdir. Bu baxımdan Azərbaycan, Türkiyə, Rusiya üçlüyündə mövcud məsələlərin həlli daha çox diqqət çəkir.

- Zəngəzurla bağlı Rusiya tərəfindən səslənən fikirlər nikbin ehtimalları nə dərəcədə gücləndirir?

- Rusiyanın son zamanlar Zəngəzurla, kommunikasiyaların açılması ilə bağlı fikirləri onu deməyə əsas verir ki, bu ölkə proseslərin daha tez reallaşmasında maraqlıdır. Xəritələrlə bağlı da məsələlər həll olunmalıdır. Amma burada müəyyən problemlər var. Bu da onunla bağlıdır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Çünki Ermənistanda ölkə sərhədlərinin haradan keçməsi ilə bağlı o qədər uydurma fikirlər var ki, burada konkret bir mövqe ilə bağlı fikir eşitmək artıq çətinləşib. Belə olan halda ermənilərin bu məsələdəki mövqeyində hansısa bir məntiq axtarmaq çox çətindir.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"