Azərbaycan, Rusiya və Ermənistan liderləri bu tarixdə görüşəcək - Kreml açıqladı

23 noyabr, 2021 16:58

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüşün tarixi və yeri açıqlanıb.

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş noyabrın 26-sı Soçidə baş tutacaq. 

Bununla yanaşı, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrılıqda da görüş keçirəcəyi gözlənilir.