"Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar tez-tez olmalıdır" - Paşinyan

23 noyabr, 2021 21:08

"Görüşlərdə sərhədlərin delimitasiya və demarkasiya prosesinin haradan və necə başlanacağı ilə bağlı məsələlər müzakirə olunacaq. Sərhəddə insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan Müdafiə Nazirliyinin rəhbərləri arasında operativ əlaqənin yaradılması müzakirə edilir. Krizislərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar tez-tez olmalıdır".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbukda canlı yayım zamanı bildirib.