İsrail Baş naziri İranın "ən qəbuledilməz" siyasətçilərini öldürəcəklərini açıqladı - "Terrorçuları yox, onları göndərənləri təqib edəcəyik..."

24 noyabr, 2021 18:39

İsrailin baş naziri Naftali Bennet İranın “ən qəbuledilməz” siyasətçilərinin fiziki məhvinə çalışacaqlarını bəyan edib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Bennetin bu açıqlamasına “İsrael Hayom” qəzeti dünənki sayında yer verib.

Baş nazirin sözlərinə görə, İsrail İranın nüvə proqramına dair əməliyyatların planlaşdırılmasında və həyata keçirilməsində fəaliyyət azadlığını saxlayacaq. Və, İranla Qərb ölkələri arasında nüvə anlaşması əldə edilsə belə, bu İsrailə hər hansı öhdəliklər qoya bilməz.

Baş nazir onu da deyib ki, hazırda İran nüvə silahının işlənib hazırlanmasında “ən irəli mərhələdədir”. “Biz mürəkkəb dövr yaşayırıq. Ola bilsin ən yaxşı dostlarımızla mübahisəmiz yaransın. İstənilən halda, hətta nüvə sövdələşməsinə geri dönüş baş tutsa belə İsrail bu sövdələşmənin tərəfi olmayacaq”,-o deyib.

Naftali Bennet İranın nüvə proqramına məsul şəxslərinin və digər mühüm fiqurlarının məhv edilməsi əməliyyatlarının davam etdiriləcəyini də vurğulayıb.

“İranlılar İsrail dövlətini raketlərlə əhatələyiblər, özləri isə Tehranda təhlükəsiz şəraitdə oturublar. İranın “Qüds” xüsusi əməliyyatlar qüvvələri tərəfindən göndərilmiş ayrı-ayrı terrorçuların təqib edilməsinin daha mənası yoxdur. Biz onları göndərənləri təqib edəcəyik”, -  Naftali Bennet bildirib.

Xatırladaq ki, ötən gün xarici KİV-lər İsrail rəhbərliyinin İranın nüvə silahı əldə etməyə çox yaxınlaşdığı barədə bəyanatlarına yer vermişdi. Bildirilirdi ki, İsrail İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək haqqını özündə saxlayır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"