Paşinyan üçtərəfli razılaşmanın 9-cu bəndini necə saxtalaşdırır?

25 noyabr, 2021 11:45

Onlayn formatda jurnalistlərin suallarını cavablandıran Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmada yalnız Laçın yolu haqda “dəhliz” ifadəsi işlənib. Razılaşmanı 9-cu bəndində “dəhliz” ifadəsinin işlədilmədiyini bildirən Paşinyan nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edib.

Sual olunur, üçtərəfli razılaşmanın 9-cu maddəsində dəhlizdən söhbət gedirmi?

Qeyd edək ki, üçtərəfli razılaşmanın 6-cı bəndi Laçın dəhlizi, 9-cu bənd isə Azərbaycanın qərb rayonları Naxçıvanı birləşdirəcək yolla bağlıdır.

9-cu bənddə deyilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması konkret tələb kimi sənədə salınıb və Ermənistan da buna imza atıb. Bircə fərq ondadır ki, 6-cı bənddə Laçınla bağlı “dəhliz” ifadəsi işlədilir, 9-cu bənddə isə Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yolla bağlı “dəhliz” ifadəsi işlənməyib. Amma bu, məsələnin mahiyyətini dəyişmir. Paşinyanın sadəcə “dəhliz” ifadəsinin işlədilməməsinə istinad etməsi gülüş doğurur. Çünki Azərbaycanın qərb rayonları Naxçıvan başqa nə cür birləşə bilər ki? Təbii ki, Zəngəzur dəhlizi vasitəsilə! Adının qoyulub-qoyulmamasından asılı olmayaraq, dəhlizin açılması 10 noyabr razılaşmasında öz əksini tapıb... 

Digər tərəfdən, 9-cu bənddə “maneəsiz hərəkət” ifadəsi yer alıb ki, bu da nəzarət-buraxılışı məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. Paşinyana verilməli olan suallar çoxdur, ancaq o, üçtərəfli razılaşmanın bəndləri üzərində nə qədər var-gəl etsə də, tələblərin mahiyyətini dəyişə bilməz. Məsələn, Ermənistan Laçın dəhlizindən istifadə edirsə, Azərbaycan niyə özünün tarixi torpaqları vasitəsilə Naxçıvanla əlaqə qurmamalıdır?

Ermənistan mümkün qədər kontruktivlik nümayiş etdirməyi bacarmalıdır. Əks halda növbəti on illiklər boyu da regional layihələrdən tamamilə kənarda qalmış olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi açılacaq. Amma Ermənistana bir məqamı da xatırlatmaq lazımdır ki, Naxçıvanı blokadada saxlamaq cəhdi çoxdan iflasa uğrayıb. Azərbaycan illər əvvəl İran vasitəsilə və hava yolu ilə Naxçıvanın blokadadan çıxmasını təmin edib. Həmçinin, Naxçıvanın İranla və Türkiyə ilə sərhədi vardır.

Ermənistan verilən dərslərdən düzgün nəticələr çıxarmalıdır. Məsələn, Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Bu, tarixi dərsdir. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır.

Məsələ bundadır ki, Ermənistan üzərinə götürdüyü öhdəiklərdən imtina etdikcə, Azərbaycan bu öhdəlikləri güc yolu ilə də olsa, icra edəcək. Necə ki BMT-nin işğal altında olan torpaqların azad edilməsi ilə bağlı qəbul etdiyi və icrasız qalan qətnamələrini məhz Azərbaycanın özü icra etməli oldu. Düşməni yalnız bu yolla sülhə məcbur etmək olardı. İndi artıq müharibə geridə qalıb, imzalanan razılşamanın bəndlərini icra etmək Ermənistanın da borcudur. Bu öhdəliklərdən yayınmaq Ermənistanı növbəti uğursuzluğa gətirib çıxaracaq. Hər halda Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması prosesini hamımız izlədik. Sonda nə baş verdi? Bütün təxribatlara baxmayaraq, Azərbaycan istəyinə nail oldu.

Bütün bunlara əsaslanaraq, demək olar ki, Ermənistanı hələki müsbət addımlara atmağa sövq edən hüquqi baza var və rəsmi İrəvan bunlardan yararlanmalıdır. Noyabrın 26-da Soçidə keçiriləcək görüş zamanı da Paşinyan dəhliz məsələsi ilə bağlı “müqavimət” göstərməsə, bu, Ermənistanın xeyirinə olacaq. Çünki bu, Ermənistan üçün də yeni imkanlar yaradır.

Müəllif: Samir Feyruzov

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"