Rus tankını "Bayraktar"dan və "Javelin"dən bu cür üsulla qorumaq olar?

25 noyabr, 2021 11:54

Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirdiyi və ABŞ kəşfiyyatının Kremlin şaxtalar düşəndən sonra bu ölkə üzərinə hücuma başlayacağı haqda xəbərdarlıqları fonunda Krıma yeridilmiş rus tanklarında kamikadze-dronlardan, “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrindən və yüksək dəqiqlikli tank əleyhinə raketlərdən qorunmaq üçün primitiv konstruksiya quraşdırıldığı məlum olub.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu konstruksiya tankın qülləsi üzərində yüngül zireh təbəqəsindən quraşdırılan örtükdən və qülləni yan tərəfdən qoruyan metal tordan ibarətdir.

Rus tanklarındakı bu primitiv konstruksiyaya “The Drive” nəşri diqqəti cəlb edir. Həmin konstruksiya T-80 tankının üzərində görünüb. Bundan əvvəl isə Rusiyanın Rostov vilayətində Ukrayna sərhədlərinə tərəf irəliləyən T-72B3 əsas döyüş tanklarından bəzilərində bu cür primitiv konstruksiya qeydə alınmışdı.

“The Drive” qeyd edir ki, bu konstruksiyanın tankın qülləsini yuxarıdan endirilən zərbələrdən qorumaq üçün nəzərdə tutulduğu aydındır. Nəşrin yazdığına görə, görünür ötən il Qarabağda gedən müharibə zamanı erməni tanklarının kütləvi şəkildə “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən buraxılan MAM-L və MAM-C lazer başlıqlı raketləri, “Harop” və digər kamikadze-dronlar, o cümlədən İsrail istehsalı olan “Spike” və “Spike NLOS” tank əleyhinə yüksək dəqiqlikli raketləri ilə məhv edilməsini nəzərə alaraq indi Ukrayna istiqamətinə yeridilmiş rus tanklarını bu cür primitiv üsulla qorumağa çalışırlar.

Bu konstruksiyanın tankı kamikadze-dronlardan və yüksək dəqiqlikli raketlərdən, o cümlədən Ukrayna ordusunun silahlanmasında yer alan “Javelin” raketlərindən nə dərəcədə qoruya biləcəyi məlum deyil. Amma ehtimal edilir ki, belə konstruksiya tanka endirilən zərbələrin effektivliyini azalda bilər.

İndiki halda qüllənin yan tərəfinə bərkidilmiş metal tor “Javelin” raketinin zərbəsinin qarşısını tam ala bilməsə də ola bilsin ki, raketin tandem kumulyativ başlığı ilə təmasın daha tez baş verməsinə, nəticədə raketin tankın qülləsinə dəymədən partlamasına səbəb olacaq. Hətta metal tor raketi dayandıra bilməsə də onun effektivliyini azalda bilərdi. 

Habelə həmin konstruksiya “Javelin” qədər yüksək dəqiqlikli olmayan digər tank əleyhinə idarəolunan raketlərin də effektivliyinin azaldılmasına kömək edər. Nəşr qeyd edir ki, belə əldədüzəltmə konstruksiya görünür Rusiya tanklarında təcrübə məqsədi ilə quraşdırılır.

Xatırladaq ki, Rusiyanın Ukraynanın Xarkov vilayəti ilə həmsərhəd ərazilərində bu günlərdə yüzlərlə, yaxud ola bilsin minlərlə T-80 tanklarının cəmləşdirildiyi də qeydə alınmışdı.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"