"Sərhəd danışıqlarını ancaq bizim xəritələrlə aparmaq olar, Müdafiə Nazirliyində saxlanılır" - Rusiyanın ikinci şəxsi belə dedi

25 noyabr, 2021 16:54

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının toplantısında iştirak etmək üçün Sankt-Peterburqa səfər edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Federasiya Şurasının rəsmi “senatinform.ru” portalı xəbər verir ki, Matviyenko Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqların başlaması zərurətini qeyd edib.

“Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın imzalanmasından düz bir il keçir. Üç dövlətin (Azərbaycan, Ermənistan və Rusiya) rəhbərlərinin müdrikliyi çatdı ki, qan axıdılmasının dayandırılması naminə sənədi imzalasınlar və dinc dialoqa keçsinlər. Lakin danışıqlar prosesi ləng irəliləyir, buna görə də regionda gərginlik qalır”, - Rusiyanın ikinci şəxsi görüşdə bildirib.

Matviyenko vurğulayıb ki, bu gün əsas vəzifə sərhədlərin o cür müəyyən edilməsidir ki, tərəflərdən heç birinin döyüş əməliyyatlarını bərpa arzusu meydana çıxmasın.

“Rusiya bu işə öz köməyini təklif edib, nəzərə alaraq ki, sovet dövrü xəritələri ancaq bizdə, Müdafiə Nazirliyində saxlanılır. Onlar yoxlanılıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar və Azərbaycanla Ermənistan bu yanaşmanı dəstəkləyir.  Anlayış və razılıq var, amma proses ləng gedir. Bunun da nəticəsində gərginlik yaranır”, - Federasiya Şurasının sədri belə deyib.

Sahibə Qafarova isə bildirib ki, Azərbaycan da Qarabağda sülhün və sabitliyin yaranmasına hədəflənib. Onun sözlərinə görə, regionda sülh yaranmadan bütün Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması haqda danışmaq mümkün deyil.

“Biz görürük ki, dünya ictimaiyyəti necə genişlənir, bununla yanaşı biz başa düşürük ki, dar mənada indi bizim regionun heç bir ölkəsinin inkişafı barədə ayrılıqda danışmaq mümkün deyil-hökmən hansısa qarşılıqlı əlaqələr tələb olunur. Bütün bunları sülhün təmin edilməsi baş vermədən etmək mümkün deyil” , -Milli Məclisin sədri deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"