Moskva "3+3" formatını işə salmağa ümid edir...

26 noyabr, 2021 16:38

Rusiya Zaqafqaziya ilə bağlı "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) formatında görüş keçirilməsinin "yaxın gələcəyin" məsələsi olduğuna ümid edir.

Bu barədə TASS-a cümə günü RF XİN başçısının müavini Andrey Rudenko bildirib.

"Hələlik bu məsələlər üzərində iş gedir, bütün iştirakçıların razılığı alınmalıdır. Razılıq əldə edildikdə görüşün harada keçiriləcəyini elan edəcəyik. Ümid edirik ki, bu, yaxın gələcəyin məsələsidir", - deyə o, müvafiq suala cavabında bildirib.

Tbilisi üç Zaqafqaziya respublikasının və Rusiya, İran və Türkiyənin iştirakı ilə "3+3" formatında müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər bu formatda Gürcüstanın yeri qalacaq, deyə Rudenko qeyd edib. "Biz gürcülərin bu prosesdə iştirakı üçün tamamilə açığıq. Buna görə, belə bir görüş keçirilsə, görüşü bu altı dövlətdən birinin paytaxtında keçirmək planı var", deyə o bildirib.

"Əlbəttə, son hadisələr regiondakı mənzərəni dəyişdirib və biz nə cürsə yeni reallığa uyğunlaşmalıyıq. Bu, obyektiv reallıqdır, onu olduğu kimi qəbul etmək lazımdır", - deyə Rudenko qeyd edib. Moskva bu təşəbbüsü dəstəkləyib, belə ki, region ölkələri regional problemləri özləri həll etməlidirlər, deyə diplomat bildirib.

Bundan əvvəl Azərbaycan lideri də Qarabağ üzrə əməkdaşlığın altıtərəfli formatı təşəbbüsü ilə çıxış etmişdi. İran bu ideyanı alqışlayıb, Ermənistan baş naziri Nikol Paşinyan format ATƏT-in Minsk Qrupunu əvəz etmirsə, onun Yerevan üçün maraqlı olduğunu bildirib.

Rəsmi Tbilisi dəfələrlə "3+3" formatında iştirak etməyəcəyini bəyan edib, belə ki, Rusiya Gürcüstanın ərazisini işğal edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"