"Təxirəsalınmaz delimitasiya prosesinə başlamağa hazırıq" - Prezident

26 noyabr, 2021 20:05

“Rəsmi Bakı Azərbaycan və Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məsələsində Rusiyanın dəstəyini yüksək qiymətləndirir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.

“Biz həmçinin bu məsələdə (Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası –red.) dəstəyi, o cümlədən məsləhətçi dəstəyi yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiyası aparılmayıb. Ona görə də, biz təxirəsalınmaz delimitasiya prosesinə başlamağa hazır olduğumuzu dəfələrlə bildirmişik”, - deyə İlham Əliyev bildirib.