İran polisi İsfahanda bir neçə etirazçını öldürüb

27 noyabr, 2021 01:13

Cümə günü, noyabrın 26-da İsfahanda davam edən etirazlar zamanı bir neçə nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyü barədə xəbərlər yayılıb.

Bu barədə “Al Arabiya” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarının etirazçıların üzərinə açdığı atışma nəticəsində bir neçə nəfər həlak olub.

Qeyd edək ki, İranın İsfahan şəhərində Zəyəndərud çayının quruması ilə bağlı etiraz aksiyaları keçirilir.