Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."

29 noyabr, 2021 11:45

Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən 3 ay sonra Talibanın baş naziri ilk dəfə ictimai çıxışını edib. Talibanın həmtəsisçisi olan Molla Məhəmməd Həsən Axund dövlət televiziyasında yayımlanan müraciətində bir sıra məsələləri işıqlandırıb.

“Biz bütün ölkələri əmin edirik ki, onların daxili işlərinə qarışmayacağıq və onlarla yaxşı iqtisadi əlaqələr qurmaq istəyirik”, - deyə Axund 30 dəqiqəlik çıxışında bildirib.

Taliban avqustun ortalarında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr 20 illik müharibədən sonra ölkədən geri çəkilərkən hakimiyyəti ələ keçirib. Hazırda ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşanır. Milyonlarla əfqan, o cümlədən uşaqlar aclıq içərisindədir.

“Biz bütün beynəlxalq xeyriyyə təşkilatlarından xahiş edirik ki, yardımlarını əsirgəməsinlər və taqətdən düşmüş xalqımıza kömək etsinlər... insanların problemləri həll olunsun”, - Talibanın baş naziri əlavə edib.

O bəyan edib ki, Birləşmiş Ştatlar Əfqanıstanın mərkəzi bankının ehtiyatlarının təxminən 10 milyard dollarını sərbəst buraxsa, ölkədəki iqtisadi böhran həll olunacaq. Molla Məhəmməd əlavə edib ki, əfqanlar əvvəlki korrupsioner hökumətin nəticəsi olduğunu iddia etdiyi ölkənin problemlərində Talibanın günahkar olduğuna inanmamalıdırlar.

Qeyd edək ki, Taliban bir tərəfdən beynəlxalq ictimaiyyət qarşısında legitimlik qazanmağa və beynəlxalq yardımları cəlb etməyə çalışır, lakin digər tərəfdən Əfqanıstandan hər gün taliblərin orta əsrlərə aid şəriət qaydaları əsasında insanlara zülm etdiyi barədə xəbərlər gəlir. Hələlik heç bir ölkə Taliban hakimiyyətinin legitimliyini tanımayıb və Əfqanıstanın yeni hakimiyyəti ilə münasibətlər qurmaqda tərəddüd edir.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"