"Rus diplomatları ABŞ-dan qovulur" - Səfir

29 noyabr, 2021 12:31

"Diplomatlarımız qovulur".

Bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

"Yanvarın 30-da 27 nəfər rus diplomat ailəsi ilə birlikdə ABŞ-ı tərk edəcək, iyunun 30-da isə analoji sayda adam gedəcək", - deyə o qeyd edib.

Səfir qeyd edib ki, Vaşinqton Moskva ilə yalnız onu maraqlandıran məsələləri müzakirə edir və ABŞ-ın sanksiya siyasəti dəyişmir.