Müharibə başlasa Belarus kimin tərəfində olacaq? - Lukaşenko generallara nə dedi?

29 noyabr, 2021 17:16

Ukrayna ətrafında Rusiya qoşunlarının cəmləşdirildiyi və Kremlin bu ölkəyə hücum planlarının olduğu haqda xəbərlərin, bəyanatların yaylıldığı bir vaxtda Belarus prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyinin strateji idarəetmə Mərkəzinə gedib və orada müşavirə keçirib. Belarus prezidentinin mətbuat xidməti bildirir ki, Lukaşenko generallar qarşısında ölkənin Polşa ilə sərhədində hazırda yaşanan qaçqın böhranından və NATO-nun Belarus sərhədlərinə qoşun cəmləşdirməsindən danışıb. Və eyham vurub ki, əgər Donbassda müharibə başlasa Belarus Rusiyanın tərəfində döyüşəcək.

“Onlar (Qərb) yaxşı başa düşürlər: əgər onlar yenidən Donbassda və ya haradasa Rusiya ilə sərhədlərdə müharibə başlatsalar Belarus kənarda dayanmayacaq. Və aydındır ki, Belarus kimin tərəfində olacaq. Onlar bunu başa düşürlər, ona görə də indi Ukrayna-Belarus sərhədini möhkəmləndirirlər. Hərçənd buna (müharibənin olacağına) dəlalət edən heç bir fakt yoxdur, situasiya tam sakitdir, hətta əvvəl olduğundan daha sakitdir”,-Belarus prezidenti bildirib.

Lukaşenko hazırda Rusiyanın Ukraynaya hücuma hazırlaşması adı altında “Rusiya Federasiyası ətrafında fəal hərəkətlərin olduğunu” da deyib. Bildirib ki, Rusiyanın hücum etməyə hazırlaşdığı haqda onda informasiya yoxdur.

“Məndə Rusiyanın Ukraynaya hücum planlaşdırdığı haqda məlumat yoxdur. Amma onların belə fikirləri olsaydı o zaman Belarus hərbçiləri, o cümlədən mən özüm bu haqda bilərdik. Bizə xəbər verərdilər. Lakin bir daha təkrar edirəm: fakt varsa qoyun masanın üstünə!”, - Lukaşenko deyib.

Belarus prezidenti müdafiə nazirinə və Dövlət Sərhəd Komitəsinin sədrinə tapşırıq verib ki, Polşa və Ukrayna ilə sərhəddə vəziyyəti diqqətlə izləsinlər. NATO-nun mümkün hücumuna qarşı əməliyyat planı işləyib hazırlasınlar.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"