İranla danışıqlar yenidən başladı - Vyana mexanizmi...

30 noyabr, 2021 00:06

İranla bağlanmış nüvə sazişini xilas etmək üçün Vyana danışıqları bu gün yenidən başlayır.

Avstriya paytaxtının “Koburq” sarayında Avropa İttifaqının sədrliyi altında keçirilməsi nəzərdə tutulan danışıqlarda 2015-ci ildə İranın öz nüvə proqramının dinc məqsədlər üçün istifadə edəcəyinə dair bağlanmış sazişin bərpası və 2018-ci ildə Tramp administrasiyası dövründə sazişi birtərəfli qaydada tərk edən ABŞ-ın yenidən sənədə qoşulması müzakirə ediləcək.

***

Vyana danışıqlarında Tehran razılaşmanın ilkin parametrlərinə qaytarılmasını təklif edən nüvə yolu üzrə işləməyə razılıq verib.

Bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.