"ABŞ Rusiya sərhədləri yaxınlığında hərbi isteriya yaradır" - Lavrov
01 dekabr, 2021 01:21
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Rusiya sərhədləri yaxınlığında hərbi isteriya yaratmaqda ittiham edib.
O, bu barədə “Gələcək naminə dialoq” elmi-təhsil proqramında çıxışı zamanı bildirib.
“Birləşmiş Ştatların öz hərbi bazaları ilə bizi hər tərəfdən mühasirəyə alması, yəqin ki, artıq hər bir məktəbliyə məlum olan faktdır”, - deyə Rusiya XİN rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bu, ABŞ-ın daim Rusiya Federasiyasını öz ərazisində hərbi təlimlər keçirməkdə ittiham etməsinə mane olmur.
Lavrov həmçinin əlavə edib ki, ABŞ əvvəllər konstruktiv və birləşdirici əhvalın üstünlük təşkil etdiyi Asiya-Sakit okean regionunda qarşıdurma sxemləri tətbiq edir.