Müharibə təhlükəsi hər keçən gün artır - Putin "qırmızı xətti" göstərdi

01 dekabr, 2021 10:27

Rusiyanın Ukrayna sərhədləri boyu qoşuun cəmləşdirməsi davam edir və həm Kiyevdə, həm Qərbdə Kremlin irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə qənaət də get-gedə artır.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı Birləşmiş qüvvələrinin komandanı , general Sergey Nayev ABŞ-dan hərbi dəstək istəyib. General ABŞ-ın Kiyevdəki hərbi attaşesi Brittni Stüartla görüşündə xahiş edib ki, Ukrayna qüvvələrinə konsultativ-ekspert dəstəyi və “əhəmiyyətli ölçülərdə praktiki dəstək” göstərilsin.

Görüşdə Nayev amerikalı polkovniki Donbassdakı və Qara dəniz regionundakı vəziyyət, o cümlədən Ukrayna sərhədləri boyu Rusiyanın hərbi qüvvə cəmləşdirməsi barədə məlumatlandırıb. Və “Rusiya təcavüzünə qarşı” kömək istəyib. “Tam əməliyyat imkanları əldə etmək üçün bizə ABŞ-ın konsultativ-məsələhət, ekspert və əhəmiyyətli ölçülərdə praktiki köməyi lazımdır”,-general bildirib. Hərbi attaşe bu xahişə müsbət cavab verib və deyib ki, ABŞ Ukraynanı yaranmış vəziyyətdə tək qoymayacaq, hərbi sahədə dəstəyini davam etdirəcək.

ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general Ben Hoces isə hesab edir ki, Rusiya ilə müharibə Ukraynanın məğlub olması ilə nəticələnəcək. 

Onun sözlərinə görə, Ukrayna irimiqyaslı hərbi münaqişəyə hazır deyil. Ben Hoces Gazeta.pl portalında dərc edilmiş məqaləsində bildirir ki, Ukraynaya Moskva ilə döyüş əməliyyatları aparmaq üçün güclü artilleriya, müxtəlif istiqamətlərdə Rusiyanın zərbələrinə çevik reaksiya verə bilən yüksək mobilli mexanikləşdirilmiş qüvvələr lazımdır. Onun sözlərinə görə, Ukrayna ordusu üçün Rusiyanı ciddi itkilərə məruz qoymaq uğur hesab edilə bilərdi, amma hazırda Kiyev Rusiya ordusunu geri çəkilməyə məcbur edəcək gücə malik deyil.

Bir gün əvvəl isə NATO ölkələrinin xarici işlər naziri Ukrayna sərhədlərində yaranmış vəziyyəti müzakirə ediblər və Rusiyaya qarşı birgə cavab tədbirləri barədə danışıblar. Bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq danışıqların yekunu olaraq jurnalistlər qarşısında bildirib. O deyib ki, Rusiya Ukraynaya qarşı hərbi müdaxiləyə qərar versə onu “iqtisadi və siyasi tədbirlər” gözləyir. Lakin iqtisadi və siyasi tədbirlərlər rus hərb maşınını dayandırmağın nə dərəcədə mümkün olacağını NATO Baş katibi əsaslandırmayıb.

Stoltenberq bildirib ki, alyans ölkələri Rusiyanın Ukrayna sərhədləri boyu hərbi fəallığı barədə kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirirlər. Və onun sözlərinə görə, NATO Rusiyanın mümkün aqressiv hərəkətlərinə qarşı hazırlıq görür. “NATO Rusiyanın Ukraynaya münasibətdə niyyətinin nədən ibarət olduğunu bilmir, amma Rusiyanın Ukraynaya qarşı mümkün hərbi güc tətbiqi imkanlarına qarşı hazırlıq görür”,-o deyib.

Rusiyada isə əlbəttə ki, Ukraynaya qarşı hücuma hazırlaşdıqlarını təsdiq etmirlər. Hərçənd bunu da gizlətmirlər ki, Ukraynanın NATO-ya istiqamət alması və ABŞ-ın bu ölkə ilə sıx hərbi tərəfdaşlığı Moskva üçün “qırmızı xəttin” keçilməsi mənasını verə bilər.

Ötən gün prezident Vladimir Putin bildirib ki, Ukrayna ilə bağlı situasiyanın “qırmızı xəttə” qədər gedib çatmayacağına ümid edir. “Əgər Ukrayna ərazisində hansısa zərbə kompleksləri meydana çıxsa o zaman Moskvaya qədər raketlərin uçuş məsafəsi cəmi 7-10 dəqiqə olacaq, hipersəs sürətli raket yerləşdirilsə isə cəmi 5 dəqiqə. Bəs biz nə etməliyik? Biz də o zaman belə təhdidi yaradanlara qarşı nəsə etməliyik. Təsəvvür edirsiniz?  Biz bunu elə indi edə bilərik”,-Rusiya prezidenti bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"