"Türkiyə Rusiyaya qarşı sanksiyaları dəstəkləmir" - Mövlud Çavuşoğlu

01 dekabr, 2021 15:10

“Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyaları dəstəkləmir. Bizim fikrimizcə, sanksiyalar problemləri həll etməyəcək. Biz müxtəlif ölkələrə, bəzən də Türkiyəyə sanksiyaların necə tətbiq edildiyini gördük, lakin bu, problemi həll etmir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Riqada keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə düzgün balans tapmaq lazımdır:

“Əgər sanksiyalar əvəzinə dözümlülüyü seçsək, o zaman bu, məqsədyönlü olmalıdır. Biz Türkiyə olaraq dözümlülük və dialoq arasında düzgün balansa inanırıq. Yalnız sanksiyaların köməyi ilə biz nə Ukrayna, nə də başqa ölkəyə kömək edə biləcəyik”.