Avropa Çinin qarşısına 340 milyardlıq layihə ilə çıxır - Nəhəng plan bu gün açıqlandı

01 dekabr, 2021 16:03

Avropa Birliyi (AB) “Global Gateway” (Qlobal Darvaza) planı çərçivəsində infrastruktura və digər layihələrə 300 milyard avro (340 milyard dollar) sərmayə qoyacaq.

Qərb mediası bu planın Çinin nəhəng Kəmər və Yol Təşəbbüsü (KYT) ilə rəqabət üçün hazırlandığını yazır. Həm dövlət sərmayəsi, həm də özəl sektora əsaslanan bu ambisiyalı təşəbbüsün məqsədi dünyada rəqəmsal, nəqliyyat və enerji şəbəkələrini gücləndirmək, yüksək standartlar, yaxşı idarəçilik və şəffaflıqla həyata keçirilməsi mümkün layihələrə sərmayə qoymaqdır.

Dekabrın 1-də açıqlanacaq plan çərçivəsində 2027-ci ilədək 340 milyard dollar sərmayə qoyulacaq. AB, Avropanın maliyyə qurumları, inkişaf bankları, bloka üzv ölkələrdən resurslar cəlb olunacaq.

2013-cü ildən start götürmüş KYT isə Pekinin təsir dairəsini gücləndirməsində vacib strateji alətə çevrilib. Çin bu təşəbbüs çərçivəsində xarici infrastruktura yüz milyardlarla dollar yatırıb, ticarəti gücləndirib, Latın Amerikasından Afrikaya və Orta Asiyaya qədər siyasi və iqtisadi əlaqələr yaradıb.

AB-nin planlarında KYT-nin adı çəkilməsə də, “Qlobal Darvaza” ona alternativ proqram kimi görülür. Təklif layihəsində deyilir ki, infrastrukturun maliyyələşdirilməsində dəyərlərə, ədalətli və açıq rəqabətə əsaslanan, etik yanaşma sərgilənəcək.

“Qlobal Darvaza beynəlxalq sabitliyə və əməkdaşlığa yatırım edəcək, demokratik dəyərlərin, müəyyənlik və ədalət, tərəfdaşlara davamlılıq, bütün dünyada insanlara uzunmüddətli fayda təklif etdiyini göstərəcək”, – sənəd layihəsində vurğulanır.

Xatırladaq ki, KYT-ni Çin Prezidenti Si Tsinpin işə salıb, onu beynəlxalq təşkilatlar, 150-dən çox ölkə dəstəkləyir. Bu təşəbbüsün miqyası liman, yol və kəmər tikintisindən rəqəmsal texnologiyaya, tibb xidməti, yaşıl enerjiyə qədər genişləndirilib. Amma getdikcə tərəfdaş ölkələrdə yekun layihələrdən məyusluq artır, daha çox sərmayəyə tələb yaranır.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən Conatan Hilman deyib ki, Brüssel Çinin gördüyü işdən özününkünü fərqləndirməyə çalışır. Onun sözlərinə görə, ətraf mühit, şəffaflıq, davamlılıq məsələlərində "AB güclü və cəlbedici imicindən istifadə edə bilər”.

Son illər KYT-nin çoxsaylı layihələrinin kommersiya dəyəri ətrafında suallar yaranıb. Qaranlıq borcvermə qaydaları, bu təşəbbüsün Çinin nəzarət maşını olması sarıdan da narahatlıq artır. Çinin Şri Lanka, Pakistan, Uqanda və Qırğızıstanda maliyyələşdirdiyi layihələr ətrafında borc və şəffaflıq məsələləri yaranıb.

Pekinin Macarıstanda dəstəklədiyi bəzi layihələrlə bağlı korrupsiya ittihamları ortaya çıxıb. Çin Budapeştdə universitet tikintisi üçün 1.5 milyard dollar kredit, Budapeştdən Belqrada dəmiryolu çəkilməsinə isə 1.9 milyard dollar borc ayırmışdı. Avropa Komissiyasının rəsmisi “Qlobal Darvaza” layihəsinin Afrika və Asiyaya öncəlik verəcəyini deyib. Plan çərçivəsində rəqəmsallaşma, səhiyyə, iqlim, enerji və nəqliyyat sahələrinə sərmayə qoyulacaq.

“KYT riski artıraraq Qərb siyasətçiləri infrastrukturdan kənar qalmağın fəsadları sarıdan duyuq saldı. Pekin həmçinin öz səhvləri ilə daha keyfiyyətli alternativlərə fürsət verdi. KYT olmasaydı, Qlobal Darvazanı təsəvvür etmək çətin olardı”, – Hilman deyib.

Asiya-Sakit Okeanın öyrənilməsi üzrə Rumıniya İnstitutunun vitse-prezidenti Andria Brinza isə bildirir ki, indi Brüssel və tərəfdaşları qarşısında əsas əngəl sərmayədə Pekinlə rəqabət aparmaqdır: “Ən böyük əngəl layihələri yüksək standartlarla icra etməyin qiyməti ola bilər. İnkişaf etməkdə olan ölkələrə infrastruktur lazımdır. Amma çox bahalıdırsa, bunu əldə edə bilmirlər, üstəlik, mənfəət məsələləri də yaranır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"