Rusiyadan bir-birinin ardınca "narahatlıq" mesajları - Proses başlandı?

01 dekabr, 2021 16:24

Rusiyanın Ukrayna sərhədləri boyu bir aydan çoxdur durmadan qoşun cəmləşdirdiyi, ABŞ və digər NATO ölkələrinin Kremlin Ukraynaya hücuma hazırlaşdığı haqda bəyanatlar verdiyi bir vaxtda bu dəfə Moskva hərəkətə keçib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu gün bir-birinin ardınca həm Rusiya XİN, həm Dövlət Dumasının üzvləri və Kreml Ukraynanın Donbassdakı münaqişə zonasına qoşun cəmləşdirdiyini bəyan edərək narahatlıq ifadə ediblər. Analitiklərə görə Moskvadan səslənən bu bəyanatlar Ukrayna üzərinə mümkün hücum üçün informasiya-təbliğat kampaniyasının yeni mərhələsinin başlamasına dəlalət edə bilər.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Ukrayna öz ordusunun yarısını Donbass münaqişəsi zonasına cəmləşdirib. “Ukrayna Silahlı Qüvvələri hərbi güc cəmləşdirir, ağır texnikanı, şəxsi heyəti çəkib gətirir. Bəzi məlumatlara görə, münaqişə zonasında Ukrayna qoşun qruplaşmasının sayı 125 min nəfərə çatır, bu isə bilməyənlər üçün deyim ki, Ukrayna ordusunun yarısı deməkdir”,-Zaxarova deyib.

Onun ardınca Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Ukraynanın Donbass münaqişəsi zonasına hərbi texnika və canlı qüvvə cəmləşdirməsindən narahatlıq ifadə edib. Deputat onu da bildirib ki, Ukrayna Qərbdən “böyük həcmdə” silahlar alır. Aleksey Çepa Ukraynanın hərəkətlərinin “ciddi nəticələrə səbəb ola biləcəyini” deyib. Onun sözlərinə görə, Kiyev Minsk razılaşmalarını yerinə yetirməyib və indi də bunu etməkdən imtina edir. Rusiya isə “təxribatlara yol verilməməsi üçün” bütün mümkün olanı edir.

“Biz Ukrayna xalqı üçün heç vaxt pis nəsə etməyə cəhd etməmişik. Bütün baş verənlər Kiyevdəki Amerika səfirliyindən verilən göstərişlərin yerinə yetirilməsidir”, - Çepa deyib.

Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Ukraynanın Donbassdakı təmas xəttinə qoşun cəmləşdirməsindən “dərin narahatlıq” ifadə edib və bunu “təhlükəli avantüra” adlandırıb. Peskov qeyd edib ki, Moskva deeskalasiya üçün heç bir tədbir görməməyi özünə rəva bilməz. “Biz münaqişə zonasına 120 mindən çox hərbçinin cəmləşdirildiyi haqda xəbərləri görmüşük. Məhz bu fakt  Kiyevdə Donbassdakı vəziyyəti güc yolu ilə öz xeyrinə həll etmək əhval-ruhiyyəsinin üstün gələ biləcəyinə dair bizim narahatlıqlarımızı artırır”, - Peskov bildirib.

 Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya irimiqyaslı hücum üçün şaxtaların düşməsini gözlədiyi barədə xəbərdarlıq edib. Bu isə dekabrın sonlarına, yanvarın əvvəllərinə təsadüf edə bilər. Hücum üçün bəhanə qismində Ukraynanın Donbassda “təxribatlar törətməsi və hücuma keçməsi” barədə iddialar əsas götürülə bilər. Hansı ki, Rusiya Donetsk və Luqansk sakinlərinə kütləvi şəkildə pasport paylayıb, onları öz vətəndaşları adlandı

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"